Məhkəmə qərarları › İş №3(027)-162/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-162/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-162/2024 15.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Məhkəmə iclas katibi X1, Protokolu tərtib edən X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1989-cu ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:55 radələrində Quba şəhəri, M.Qorki küçəsində ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Ona görə də Quba RPŞ-nin sahə müvəkili X3 barəsində Azərbaycan Respublikası İXMnin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2024cü il tarixli, MN 1663858-1443 №-li protokol tərtib edilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X4 bildirdi ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində tərəfindən raport əsasında inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Quba şəhəri, M.Qorki küçəsində yerləşən “Şah House” kafesində tanışları ilə birlikdə yemək və spirtli içki sifariş etmişlər. Həmin vaxt içkili olmuşdur. Tanışları çıxıb getmiş, hesabı ödəməmişlər. Buna görə əsəbləşib ucadan onların dalınca söyüş söymüdür. Bu zaman kafenin sahibi hesabı ödəməyi tələb etdikdə bildirmişdir ki, hesabı ödəməyə pulu yoxdur. İçkili olduğundan həmin vaxt başqa nə etdiyini xatırlamır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 00:55 radələrində Quba şəhəri, M.Qorki küçəsində Şəxs ucadan nalayiq söyüşlər söymüşdür. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, protokolu tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə ilk dəfə inzibati xəta törətməsini və əməlindən peşman olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə inzibati xətanı törədən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar