Məhkəmə qərarları › İş №3(027)-1634/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-1634/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-1634/2023 27.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsilə Quba rayon Polis şöbəsindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və materialı araşdıraraq hesab edir ki, inzibati iş baxılması üçün aidiyyəti üzrə Qubadlı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş protokolun və elektron qərarın surətindən görünür ki, Şəxs Qubadlı şəhərində qeydiyyatdadır. Azərbaycan Respublikasının İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd edilən Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barəsində qərardad şıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı aidiyyəti üzrə Qubadlı Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Aydın Babayev AZƏRBAYCAN RESPUBLİKASİ QUBA RAYON MƏHKƏMƏSİ AZ 4000, Quba şəhəri, Heydər Əliyev prospekti Tel: (02333) 5-62-62, Faks: (02333) 5-62-63 www.gubacourt.gov.az Elektron ünvan İş № 3(027)-386/2022 06 may 2022-ci il Şəmkir rayon Məhkəməsinin sədri cənab Könül Məmmədova Hörmətli Könül müəllim! X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(027)-386/2022 saylı inzibati iş materialları ərazi aidiyyəti üzrə baxılması ücün Sizə göndərilir. Qoşma: 3(027)-386/2022 saylı inzibati iş “13” vərəq. Hörmətlə Məhkəmənin sədri vəzifəsini icra edən: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar