Məhkəmə qərarları › İş №3(027)-164/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-164/2022

21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-164/2022 21.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1983-cü ildə Quba rayonu, Qırmızı qəsəbədə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 26 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Quba rayonu, Barlı kəndində yaşayan Zərərçəkmiş şəxs evindən 38 manat pul və sənədlər oğurlamışdır. Bununla bağlı Quba RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 28 fevral 2022-ci il tarixli, MN ******* nömrəli protokol materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 26 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Quba rayonu, Barlı kəndində yaşayan Zərərçəkmiş şəxs evindən 38 manat pul və sənədlər oğurlamışdır. Oğurluq zamanı sərxoş vəziyyətdə olmuşdur. Əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs olan borcunu qaytarmışdır. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmdə Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs 26 yanvar 2022-ci il tarixdə saat 17 radələrində onun evindən 38 manat pul və sənədlər oğurlamışdır. Hazırda ona olan borcunu qaytarmışdır. Ona görə də Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin İTB-nin sahə rəisi X2 protokolda göstərilənləri təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş 05 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs 26 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Quba rayonu, Barlı kəndində yaşayan Zərərçəkmiş şəxs evindən 38 manat pul və sənədlər oğurlamışdır. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmadığını nəzərə alaraq, yuxarıda göstərilən qanun normalarına əsasən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar