Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1647/2023 27.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, Zizik kəndində qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 592-1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçuş aparatı əldə etmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində 27 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Quba rayon X4rşısından hərəkət edən toy karvanını dronla çəkən zaman polis əməkdaşları ona yaxzınlaşaraq Quba RPŞ-nə dəvət etmişlər və o, dronu RPŞ-nin NH-yə təhvil vermişdir. Qeyd olunanlara əsasən, barəsində icraat aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Quba rayon Polis Şöbəsinin nümayəndəsi üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlarla müəyyən edilmiş işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 592-1-ci maddəsinə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 592- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və ya satılmasına görə Azərbaycan Respublikası İXM-nin 592-1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüffatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitunun xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Kənd Nazirliyi tərəfindən Meyvəçilik və X6 İnstituna innovasiyalarının tətbiqinin genişləndirilməsi ilə əlaqədar verilmiş 1 ədəd Dronun qorunub saxlanılması və istifadəsi Şəxs maddi məsul şəxs olaraq həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, Kənd Təsərrüfatında innovasiyaların tətbiqinin genişləmdirilməsi ilə əlaqədar İnstitua verilmiş DRON-nun gətirilməsi Şəxs etibar edilmişdir. Belə ki, Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs istifadəsində olan DRON (məsafədən idarə edilən pilotsuz uçan aparat) Azərbaycan Respublikası Kənd Təsərrüffatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitunun mülkiyyətindədir. Həmin DRON Kənd Nazirliyi tərəfindən Meyvəçilik və X6 İnstituna innovasiyalarının tətbiqinin genişləndirilməsi ilə əlaqədar qorunub saxlanılması və istifadəsi Şəxs maddi məsul şəxs olaraq həvalə edilmişdir. Lakin, Şəxs etibardan sui-istifadə edərək, ona etibar edilən DRON-u innovasiyaların tətbiqinin genişləndirilməsi ilə əlaqədar deyil xx.xx.2023-cü il tarixdə toy məcilisinin çəkilişi üçün istifadə etmişdir. Bununla da, Azərbaycan Respublikası İXM-nin 592-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi öz təsdiqini tapmışdır. Həmçinin, Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında məsafədən idarə edilən pilotsuz uçan aparatların müsadirə edilməsi nəzərdə tutulsa da, Məhkəmə hesab edir ki, qeyd edilən DRON barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsi mülkiyyəti olmadığı üçün həmin DRON Azərbaycan Respublikası Kənd Təsərrüffatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstituna qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 592-1-ci maddəsinin sanksiyasında məsafədən idarə edilən pilotsuz uçan aparatlar müsadirə edilməklə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiqi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs 150 (yüz əlli) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilməli və 1 ədəd məsafədən idarə edilən pilotsuz uçan aparatı (DRON) Azərbaycan Respublikası Kənd Təsərrüffatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstituna geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21,32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. 1 ədəd məsafədən idarə edilən pilotsuz uçan aparatı (DRON) Azərbaycan Respublikası Kənd Təsərrüffatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstituna geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-1647/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1647/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver