Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-166/2024 17.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi iştirakı ilə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 529.4-cü maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru (probasiya üzrə) X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 529.4-cü maddəsilə xx.xx.2024-cü il tarixdə protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs Quba Rayon Məhkəməsinin 3(027)- 2148/2023 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarını icra etməmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(027)- 2148/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1 və 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinb, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş 200 (iki yüz) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, Şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(027)- 166/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.4-cü maddələrilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 529.4-cü maddəsilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində 25 (iyirmi beş) gün müddətində inzibati həbs tətbiq edilmiş, İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il, saat 15:00-dan hesablanmış, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılması qərara alınmışdır. İş materiallarından görünür ki, Şəxs müdafiəçisi Vəkil2 Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(027)-166/2024 saylı qərarından apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.4-cü maddələrilə inzibati xəta haqqında işin icraatına xitam verilməsi və onun həbsdən azad olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti inzibati işlə birlikdə baxılması üçün Sumqayıt Aplyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(105)-95/2024 saylı qərarından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(027)-166/2024 saylı qərarından Şəxs müdafiəçisi Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(027)-166/2024 saylı qərarı ləğv edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsilə işə yenidən baxılması üçün material Quba Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmiş, Şəxs dərhal həbsdən azad edilmişdir. İş materiallarından görünür ki, Şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(027)-2148/2023 saylı qərarından apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələrilə inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti inzibati işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(105)-174/2024 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 3(027)-2148/2023 saylı qərarı ləğv edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ictamai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asuldə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(027)-2148/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş 200 (iki yüz) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, Şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. Şəxs həmin qərardan apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələrilə inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti inzibati işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(105)- 174/2024 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 3(027)-2148/2023 saylı qərarı ləğv edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hazırda Şəxs barəsində tərtib olunan protokolda Şəxs Quba Rayon Məhkəməsinin 3(027)-2148/2023 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarını icra etmədiyi qeyd edilmişdir. Beləliklə, sözügedən Quba Rayon Məhkəməsinin 3(027)-2148/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(105)-174/2024 saylı qərarı ləğv edilərək Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən, inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb olmuş əsas aradan qalxmışdır. Buna görə də onun əməlində inzibati xəta tərkibi olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-166/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-166/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver