Məhkəmə qərarları › İş №3(027)-167/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-167/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-167/2023 28.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN- 1289809 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ : X2 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinə əsasən 2000 (iki min) manat cərimə olunmağı barədə 01 fevral 2023-cü il tarixli qərarını ləğv edib işin icraatına xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Quba Rayonu Rustov kəndində yaşayır və maddi imkanı olmadığı üçün təbii qazdan istifadə etmir, öz torpağında olan kol-kosdan, tör-töküntü ağacları toplayıb yandırır və onun pay torpağı bələdiyyə torpağı ilə qonşudur. 26 oktyabr 2022-ci il tarixdə öz torpaq sahəsində olan çəpər hissəsində evində yandırmaq üçün 1 ədəd quru ağac kəsmiş və həmin ağacı evinə aparmaq istəyən zaman Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onu saxlayıb qanunsuz ağac kəsdiyini bildirmişlər. O, da onlara bildirmişdir ki, kəsdiyi ağac öz sahəsindədir və ağac quru ağacdır. Lakin, onlar onun sözlərinə əhəmiyyət verməyib protokol tərtib etmişlər. 2022-ci ilin yanvar ayında ona 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən 400 manat ziyan vurmağı barədə məktub, 06 fevral 2023-cü il tarixdə isə 2000 manat cərimə olunmağı barədə qərar gəlmişdir. O, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 fevral 2023-cü il tarixli qərarı ilə ona inzibati tənbeh qaydasında 2000 manat cərimə cəzası ilə razılaşmır. Həmin qərar qanunsuz və ədalətsiz olduğuna görə qərar ləğv edilməlidir. O, 1 ədəd quru ağacı öz sahəsindən kəsmiş və bələdiyyə torpağından olan ağac deyil, ağacda yaş kök üstündə olan ağac deyildir. Onun inzibati işi üzrə protokol qanunsuz və qanuni tələbi pozmaqla tərtib edilmişdir. 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onun ağac kəsmə faktını xx.xx.2022-ci il tarixdə müəyyən ediblər, inzibati xəta törətməyi barədə protokol isə 14 dekabr 2022-ci il tarixdə tərtib edilmişdir. Məhkəmə iclasında X5 şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Quba rayonu Rustov Bələdiyyəsinin sədri X4 bildirmişdir ki, həmin sahə bələdiyyəyə məxsusdur və bununla bağlı arayış təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi nümayəndəsi gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN-1289809 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN-1289809 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Quba rayonu Rustov kəndi ərazisində Rustov bələdiyyəsinə məxsus torpaq sahəsində köküstə yaş diametri 40 sm olan 1 ədəd palıd cinsinə mənsub ağacı kəsmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 31 saylı Quba rayonu, Rustov Bələdiyyəsinin arayışından görünür ki, X1 ağac bələdiyyənin kollu torpaq sahəsinə aiddir. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN-1289809 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinin tələblərinə riayət etməyərək, Quba rayonu Rustov kəndi ərazisində Rustov bələdiyyəsinə məxsus torpaq sahəsində köküstə yaş diametri 40 sm olan 1 ədəd palıd cinsinə mənsub ağacı kəsmişdir. Həmin ərazinin ona məxsus olduğunu iddia etsə də, araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli, 31 saylı Quba rayonu, Rustov Bələdiyyəsinin arayışından əsasən X1 ağac bələdiyyənin kollu torpaq sahəsinə aiddir. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN-1289809 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN- 1289809 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar