Məhkəmə qərarları › İş №3(027)-168/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-168/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-168/2023 14.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1992-cu il tarixdə Quba rayonu, Bərqov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, Bərqov kəndində qeydiyyatda olan və yaşayan (X10 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1716 saylı ira sənədinin icra edilməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X14 tərəfindən 14 fevral 2023-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1716 saylı icra sənədinə əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 1 ədəd 500 manat dəyərində qızıl saat borclular Şəxs və X5 alınıb X2 verilməlidir. Apellyasiya şikayəti təmin edilmiş, borclu Şəxs üç ədəd qızıl üzük və birgə nikah dövründə əldə etdikləri “VAZ-21063” markalı **-EV-*** X13 avtomaşının dəyərinin yarısı 1400 manat alınaraq X2 verilməsi barəsində yeni qətnamə qəbul edilmişdir. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2022-ci tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borclulara rəsmi məlumat verilmişdir. Lakin, borclular icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Ona görə də tələbin borclunun əmlakına və gəlir yerlərinə yönəldilməsi məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olubolmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1716 saylı icra sənədinə əsasən, Quba rayon Çəhkəməsinin 15.112021-ci il tarixli qətnaməsində nəzərdə tutulmuş 1 ədəd 500 manat dəyərində qızıl saat ondan və X6 alınaraq tələbkar X3 verilməlidir. Həmçinin Quba rayon məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qətnaməsində 3 ədəd qızıl üzük və VAZ 21063 markalı ** EV *** X13 avtomaşının dəyərinin yarısı alınıb tələbkar X2 verilməsi hissəsində ləğv edilərək qəbul edilmiş yeni qətnamə əsasən üç ədəd qızıl üzük və birgə nikah dövründə əldə edilən VAZ 21063 markalı ** EV *** X13 avtomaşının dəyərinin yarısı 1400 manat ondan alınaraq tələbkar X2 verilmişdir. O, bildirmişdir ki aliment ödədiyinə və maddi imkanı olmadığına görə icra sənədində göstərilən tələbi icra edə bilməyəcəyini aylıq hissə-hissə ödəniş edə biləcəyini qeyd etmişdir. Hal-hazırda qızıl saatın onda olmadığını buna görə də onun 500 manat dəyərini tələbkara hissə-hissə ödəyə biləcəyni və qızıl saatı özü ilə apardığı üçün onları tələbkara verə bilmir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs borcundan ödəniş etməməsi onun icra sənədi üzrə tələbi qərəzli olaraq icra etməməsi kimi qiymətləndirilməlidir. İş materiallarında olan Sumqayıt rayon Məhkəməsinin 3(105)-1716/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Quba Rayon Məhkəməsinin 15 noyabr 2021ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 1 ədəd 500 manat dəyərində qızıl saat cavabdehlər Şəxs və X5 alınıb X2 verilməsi qət edilmişdir. Apellyasiya şikayəti təmin edilmişdir. Quba Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən üç ədəd qızıl üzük və “VAZ-21063” markalı 10-EV499 X13 avtomaşının dəyərinin yarısının alınıb iddiaçı X2 verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh Şəxs üç ədəd qızıl üzük və birgə nikah dövründə əldə etdikləri “VAZ 21063” markalı **-EV-*** X13 avtomaşının dəyərinin yarısı 1400 (min dörd yüz) manat alınaraq X2 verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bununla da məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs 500 (beş yüz) manat miqdarında cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar