Məhkəmə qərarları › İş №3(027)-168/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-168/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-168/2025 04.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Vətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs Müşfiq Mirzəyev, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakı ilə, xx.xx.1958-ci ildə Quba rayonu anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan və yaşayan X3 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, X3, xx.xx.2025-ci il tarixdə, saat 13:00 radələrində yaşadığı evdə həmkəndlisi Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Müşfiq Mirzəyev tərəfindən X1 barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin polis sahə inspektoru Müşfiq Mirzəyev göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 bildirdi ki, Vəsilə adlı xanım onun qonşuluğunda yaşayır. O, bu zamana qədər onun və həyat yoldaşı İmranın qonşuluğunda yaşayan Vəsilə adlı xanım ilə dəfələrlə mübahisə etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 13:00 radələrində yaşadığı evdə həmkəndlisi Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir və özünün barəsində inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, həmkəndlisi X3, xx.xx.2025-ci il tarixdə, saat 13:00 radələrində yaşadığı evdə ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Hazırda Şəxs ilə barışıq əldə etmişdir və onun barəsində inzibati işə xitam verilməsini xahiş etdi. İş materiallarında olan məhkəməyədək sadələşmiş icraat materialı üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, X1 əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində cinayət işinin başlanması rədd edilmiş, inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə (X2) göndərilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizələrdən görünür ki, onlar barışmışdır və X3 barəsində olan inzibati işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmadığını nəzərə alaraq, yuxarıda göstərilən qanun normalarına əsasən X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar