Məhkəmə qərarları › İş №3(027)-1689/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1689/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1689/2023 09.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, xx.xx.1989-cu ildə Quba rayonu, Zərdabi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, Zərdabi kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsilə Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə acıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: MN ******* nömrəli 06 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs qanunsuz olaraq mülki silah saxlamış və silahın saxlanma pozduğu üçün barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsilə nəzərdə tutulan inzibati xətaya dair protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN-nin Quba rayon Polis Şöbəsinə və Şəxs lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təhqiqat zamanı təyin edilib keçirilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN Kriminalistika Tədqiqatlar idarəsinin 20 aprel 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi tədqiqata təqdim edilmiş 01 ədəd ******* N-li silah, İngiltərə dövlətində zavod üsulu ilə istehsal olunmuş 12 kalibrli “Churchil” modelli çaxmaqsız, hamar tək lüləli, sürüşən lüləaltı yastıq vasitəsilə təkrar doldurulan ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmləri üzərində kustar üsulla sonradan heç bir əlavə və dəyişiklik edilməmişdir, Tədqiqata təqdim olunmuş 16 ədəd patronlar, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli ov patronudur, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş ov sursatıdır və atəş üçün yararlıdırlar. - Tədqiqata təqdim edilmiş 01 ədəd giliz, 12 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronunun bir hissəsi-boş atılmış gilizidir. Hal hazırda atəş ücün yararsızdır. Həmi giliz 12 kalibrili ******* N-li Churchil modelli ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd fl-91Q78 N-li silah, zavod üsulu ilə Rusiya dövlətində, ijevsk silah zavodundaistehsal olunmuş 5.6 mm kalibrli pistonlarla (kapsul Jivelo) atəş açmaqla İJ-SPL modelli idman yarışlarında istifadə olunan start siqnalı vermək üçün nəzərdə tutulmuş tapançadır və odlu silah hesab edilmir, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Silahın hissə-mexanizmləri üzərində kustar üsulla sonradan heç bir əlavə və dəyişiklik edilməmişdir. İş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 10 may 2023-cü il tarixli Qərardan göründüyü kimi, HK-1/383 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs və X1 əməlində Azərbaycan Respublikası CM-in 221, 134 və 228-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilməsi, Şəxs və X3 barələrində Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə inzibati protokol tərtib edilməsindən ötrü material ayrılsın və icra edilməsi məqsədi ilə Quba RPŞ-yə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X2 rayonu, Barlı kəndində yaşadığı ünvana keçirilən baxış zamanı aşkar edilərək götürülmüş 01 ədəd qara rəngli D-91078 nömrəli siqnal tapançası onun özünə qaytarılması, “011-Restoran Motel" adlı yataqxanadan aşkar edilərək götürülmüş ******* nömrəli, 12 kalibrli “Churchill” markalı ov tüfəngindən atılmış 01 ədəd boş giliz. Şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş 01 ədəd ******* nömrəli tək lüləli atəş üçün yararlı, 12 kalibrli “Churchill” markalı yivsiz odlu silah və zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli hamar lüləli ov silahlarında atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı 16 ədəd tamlığı pozulmamış patron saxlanması üçün aidiyyəti üzrə BMCMl-nə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə- silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əməllərə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış Şəxs tərəfindən mülki silahın və onun üçün sursatı əldə etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddələrilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun təqsiri inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilir, əməli düzgün olaraq İXM-nin 590.2-cu maddəsilə tövsif edilmişdir, əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından ona həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halın mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq, inzibati xəta törətmiş Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 590.2, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş BMCMİ-də saxlanılan 01 ədəd ******* nömrəli tək lüləli atəş üçün yararlı, 12 kalibrli “Churchill” markalı yivsiz odlu silah və zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli hamar lüləli ov silahlarında atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı 16 ədəd tamlığı pozulmamış patron müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar