Məhkəmə qərarları › İş №3(027)-1695/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1695/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1695/2023 18.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Quba rayonu, Rük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, Rük kəndində qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə Quba rayonu, Rük kəndi ərazisində qonşusu X4, arvadı Çiləxanımı və oğlu İntiqamı nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin Qonaqkənd PB-nin sahə rəisi X5 tərəfindən Şəxs barəsində 18 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə Quba rayonu, Rük kəndi ərazisində qonşusu X4, arvadı Çiləxanımı və oğlu İntiqamı nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Hazırda zərərçəkmiş şəxslərdən törətdiyi əmələ görə üzr istəmiş və onlarla barışmışdır. Əməlindən peşman olmasını, bir daha belə əməllər törətməyəcəyini bildirib, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Quba rayonu, Rük kəndi ərazisində onu, onun həyat yoldaşı X4 və oğlu İntiqamı nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Hal-hazırda Şəxs ondan və ailəsindən üzr istəmiş və onunla barışlar. Şəxs şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən, Şəxs barəsində qərar qəbul edilərkən, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Quba rayonu, Rük kəndi ərazisində onu, onun həyat yoldaşı Zərərçəkmiş şəxs2 və oğlu İntiqamı nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Hal-hazırda Şəxs ondan və ailəsindən üzr istəmiş və onunla barışlar. Şəxs şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən, Şəxs barəsində qərar qəbul edilərkən, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Quba rayonu, Rük kəndi ərazisində onu, onun atası Nurbala Musayevi və anası Zərərçəkmiş şəxs2 nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Hal-hazırda Şəxs ondan və ailəsindən üzr istəmiş və onunla barışlar. Şəxs şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən, Şəxs barəsində qərar qəbul edilərkən, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin Qonaqkənd PB-nin sahə rəisi polis kapitanı X5 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsüf olunmaqla o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, Quba rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X1, icraatında olan HK-1/37 saylı materiala əsasən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs, 18 iyun 2023-cü il tarixdə, saat 16 radələrində, Quba rayonu. Rük kəndi ərazisində qonşusu Zərərçəkmiş şəxs1, arvadı Zərərçəkmiş şəxs2 və oğlu Zərərçəkmiş şəxs3 nalayiq söyüşlərlə söyüb təhqir etməklə ictimai qaydanı kobud surətdə pozmuşdur. Lakin Şəxs Zərərçəkmiş şəxs3 və qeyrilərini bıçaqla öldürəcəyi ilə hədələməsi təsdiq olunmamışdır, öldürməklə hədələmə üçün real əsas yoxdur. Şəxs əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsinin tərkibi vardır. Odur ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmiş və Şəxs barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin X6 göndərilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs 50 (əlli) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21,32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar