Məhkəmə qərarları › İş №3(027)-17/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-17/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-17/2025 08.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakimi Babayev Aydın Vahid oğlu, X2 inzibati xəta haqqıda iş üzrə TP ******* nömrəli qərardan şikayətini nəzərdən keçirib, müəyyən etdim: İş materiallarında olan sənədlərdən görünür ki, X1 rayon YPX-nin TP ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət aidiyyəti məhkəməyə verilmədiyindən, geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1 -ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şikayət ərizəsində xətanın Xaçmaz rayonu ərazisində baş verildiyi qeyd edilmiş və şikayətə yaşayış yeri üzrə baxılması barədə müvafiq vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X2 inzibati xəta haqqıda iş üzrə TP ******* nömrəli qərardan şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1 -ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi yer üzrə verilməsi mümkünlüyü şikayətçiyə izah olunsun. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar