Məhkəmə qərarları › İş №3(027)-1739/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1739/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1739/2023 24.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, X5 oğlunun katibliyi, Protokolu tərtib edən X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 oğlunun iştirakı ilə xx.xx.1970-ci ildə Quba rayonu Qımıl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fəhlə, Quba rayonu Qımıl kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə Quba rayonu, Qımılqışlaq kəndi ərazisində Zərərçəkmiş şəxs nəlayiq küçə söyüşləri ilə söyərək xırda xuliqanlıq etmişdir. Ona görə də Quba RPŞ-nin İTB-nın sahə rəisi, X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2023-cü il tarixli, MN 1702747-5268 №-li protokol tərtib edilmişdir. Məhkəmədə protokolu tərtib etmiş şəxs X4 bildirdi ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Quba rayonu, Qımıl kəndində olan ərazini təmizləyib pul qazanıb. Zərərçəkənin uşağı onun işlədiyi ərazidən adından pul almışdır. xx.xx.2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs söyməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Quba rayonu, Qımılqışlaq kəndi ərazisində onu və uşağını nalayiq küçə söyüşləri ilə söyərək təhqir etmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarına əsasən Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112- 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X1 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə təqsirli bilinərək barəsində 04 (dörd) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 24 iyul 2023-cü il tarixdən, saat 19:00-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar