Məhkəmə qərarları › İş №3(027)-174/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-174/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-174/2021 26.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun nümayəndəsi Xələfova Səlimə Abduləziz qızının və zərərçəkmiş şəxs X3 iştirakı ilə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq məhkəmə, müəyyən e t d i: Quba rayon İcra Şöbəsinin icra məmuru X14 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsilə xx.xx.2020-ci il tarixdə ******* №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(027)-888/2020 №-li qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış həmin inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(105)-31/2021 №-li qərarı ilə zərərçəkmiş şəxs Məmmədov Ehtiram Məhəmməd oğlunun şikayəti qismən təmin edilmiş, Quba rayon Məhkəməsinin 3(027)-888/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, Şəxs barəsində olan inzibat xəta haqqında iş yenidən baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini bildirməmişdir. Ona görə də məhkəmə Quba rayon İcra və Probasiya şöbəsinin icra məmurunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(027)-587/2017 saylı icra vərəqəsini icra etməkdən boyun qaçırmamış, X3 uşaqları ilə görüşməsinə mane olmamış, Ehtiram Məmmədov istədiyi vaxt uşaqları ilə görüşə bilər. Hətda bir neçə dəfə İcra Şöbəsinə uşaqların ataları ilə görüşməsi üçün müraciət etmiş, İcra Şöbəsinin təşəbbüsü ilə bu görüş təşkil olunsa da lakin Ehtiram Məmmədov 2020-ci ilin avqust ayından bu günə kimi uşaqlarla görüşə gəlməmiş və heç bir cəhd göstərməmişdir. Onu da qeyd edir ki, uşqalar özləri də ataları ilə görüşmək istəmir. Göstərdiyi halları nəzərə alaraq, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümyəndəsi X5 Şəxs izahatına uyğun izahat verərək, onun izahatında göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxx 2017-ci il tarixli, 2(027)-587/2017 saylı icra sənədinə əsasən, ona hər həftənin şənbə günü saat 12:00-dan bazar günü saat 12:00dək 20 noyabr 2008-ci il tarixdə anadan olmuş X7 və 08 iyul 2011-ci il tarixdə anadan olmuş X9 ilə ünsiyyətdə olmaq üçün görüş verilmişdir. O, uşağları ilə görüşüb onlarla ünsiyyətdə olmaq istəyir. X13 uşaqlarla görüşməsinə icazə vermir. 2020-ci ilin avqust ayından bu günə kimi uşaqlarını görməmiş və onlarla ünsiyyətdə olmaq üçün R.Məmmədovanın yaşadığı ünvana getməmişdir. Rəna Məmmədova barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)- 587/2017 saylı icra vərəqəsindən görünür ki, Məmmədov Ehtiram Məhəmməd oğluna hər həftənin şənbə günü saat 12:00-dan bazar günü saat 12:00-dək xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş X7 və 08 iyul 2011-ci il tarixdə anadan olmuş X9 il ünsiyyətdə olmaq üçün görüş verilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, Quba Rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş aktdan görünür ki, Quba rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-587/2017 saylı icra sənədinin icrası ilə bağlı olaraq E.Məmmədova azyaşlı uşaqları ilə görüşüb ünsiyyətdə olması üçün şərait yaradıldı və və azyaşlılarla tədbir iştirkaçıları tərəfindən söhbətlər aparıldı. Lakin azyaşlılar E.Məmmədovla görüşüb ünsiyyətdə olmaqdan imtina etmişlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, Quba Rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş aktdan görünür ki, Quba rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-587/2017 saylı icra sənədinin icrası ilə bağlı tərəflərə rəsmi məlumat verilməklə icra tədbiri təyin edilmişdir. Ancaq icra tədbirləri zamanı dövlət orqanları və borclunun anası S.Xələfova övladları ilə birlikdə icra tədbirində iştirak etmələrinə baxmayaraq tələbkar E.Məmmədov qabaqcadan heç bir səbəb göstərmədən icra tədbirində iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, Quba Rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş aktdan görünür ki, Quba rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-587/2017 saylı icra sənədinin icrası ilə bağlı tərəflər Quba rayon İcra və Probasiya çağırılmışlar və hər iki tərəf məhkəmə qərarının icrası ilə bağlı olaraq icra tədbiri yerinə gəlmişlər. Tədbirdə tələbkar Ehtiram Məmmədovun azyşalı uşaqları ilə görüşüb ünsiyyət qurmaları üçün şərait yaradıldı və azyaşlılarla tədbir iştirakçıları tərəfindən profilaktik söhbətlər aparıldı. Lakin azyaşlılar Ehtiram Məmmədovla görüşüb ünsiyyətdə olmaqdan imtina etmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun nümayəndəsi X2 və zərərçəkmiş şəxs X3 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Xələfova Rəna Nazim qızının əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Xələfova X16 Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(027)-587/2017-ci il tarixli icra sənədinin icrasıyla bağlı icra məmurunun qanuni tələlərini yerinə yetirməkdən və icra sənədini icra etməkdən imtina etməmişdir. İşdəki sübutlarla Şəxs üzrsüz səbəblərdən icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini tam icra etməməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta hıqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Xələfova Rəna Nazim qızı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar