Məhkəmə qərarları › İş №3(027)-174/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-174/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-174/2023 10.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba RPŞ-nin tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ : X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası İXM-nin 329.1 və 334.1-ci maddələrinin tələblərinə əsasən barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati qərarın ləğv edilməsi və barəsində olan inzibati işin icraatlna xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yol hərəkəti qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli TP ******* qərarla Azərbaycan Respublikası İXM-nin 329.1 və 334.1ci maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixində saat 8:20-də nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi **-XG-*** dövlət nömrə nişanlı “VAZ-21063” markalı nəqliyyat vasitəsində hərəkətdə olarkən Quba rayonu Qonaqkənd yolunun 8-ci kilometrliyində DYP tərəfindən saxlanılmışdır. DYP əməkdaşı tərəfindən alkotestr yoxlanışından keçmişdir. Yoxlanış zamanı onun spirtli içki qəbul etməyi müəyyən edilmişdir. O, spirtli içki qəbul etməmişdir. Spirtli içki qəbul edib-etməməyi aydınlaşdırmaq məqsədilə DYP əməkdaşına həkim müayinəsindən keçirilməyini tələb etsə də buna əhəmiyyət verilməmişdir. Bundan sonra Rayon Polis Şöbəsinə aparılmış və şöbədə barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 334.1-ci maddəsinin tələblərinə əsasən inzibati protokol tərtib olunmuşdur. O, qeyd olunan cərimə məbləği ilə razılaşmır. O, həmin vaxt təhlükəsizlik kəmərindən istifadə etmişdir. Onun sürücülük hüququ olmasa da, avtonəqliyyat vasitəsini sərxoş halda deyil, ayıq vəziyyətdə idarə etmişdir. Həmin vaxt sərxoş vəziyyətində olmadığını sübut etmək üçün Quba rayon Mərkəzi Xəstəxanasında sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən keçmiş və müayinənin nəticəsinə görə alkoqol qəbulu əlamətləri ortaya çıxmamışdır. Məhkəmə iclasında X3 şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Quba rayon DYP-i tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 500 manat məbləğində cərimə edilmişdir. Həmçinin o, həmin protokolla razılaşmış və onu imza etmişdir. Halbuki, o sərxoş olmasaydı qeyd edilən protokolu imzalamaqdan imtina edə və həkim müayinəsi tələb edə bilərdi. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Belə ki, şikayətçi X3 mübahisə predmetini təşkil edən inzibati tənbeh vermə haqqında qərarı imzalamaqdan imtina etdiyini qeyd etsə də, məhkəmə araşdırması zaman qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın onun tərəfindən imzalandığı öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 334.1-ci maddələrinin tələblərinə riayət etməyərək, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə və nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi qaydalarını pozmuşdur. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba RPŞ tərəfindən tərtib edimiş xx.xx.2023-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar