Məhkəmə qərarları › İş №3(027)-174/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-174/2024

17.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-174/2024 17.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Məhkəmə iclas katibi X1, Protokolu tərtib edən X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1981-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-də adminstrator vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 03:15 radələrində Quba rayonu, Zərdabi qəsəbəsində xidmətdə olan polis əməkdaşlarının ünvanına təhqir dolu ifadələr işlətmişdir. Ona görə də Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2024-cü il tarixli, MN 1663557-2373 №-li protokol tərtib edilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X4 bildirdi ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərəfindən inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 03:00 radələrində Quba rayonu, Zərdabi qəsəbəsinin ərazisində polis əməkdaşlarının xidmət apardığı posta saxlanılmışdır. Həmin vaxtı yanında bacı oğlu olmuşdur. Özünə məxsus nəqliyyat vasitəsini sürücülük hüququ olan bacısı oğlu idarə edirdi. Posta saxlanıldıqda hər ikisinin sənədləri yoxlanıldıqdan sonra sürücünün sərxoş olubolmamasını yoxlamaq məqsədi ilə DYP əməkdaşı dəvət etmişdirlər. Alkotester vasitəsi ilə yoxlamaq istədikdə cihaz işləməmişdir. Polis əməkdaşları onları orada 40 dəqiqəyə yaxın saxladıqda haqlı olaraq onlara öz iradını bildirmişdir ki, cihaz işləmirsə başqa üsula sərxoşluğu müəyyən etsinlər. Bu arada polis əməkdaşları ilə aralarında sözlü mübahisə baş vermişdir. Həmin vaxtı o polis əməkdaşlarına heç bir təhqir edici ifadələr işlətməmişdir. Sadəcə gecə vaxtı orada dəqiqələrlə saxlanılmasına etiraz etmişdir. Polis əməkdaşlarına təhqir edici ifadələrin işlədilməsi üçün də heç bir səbəb olmamışdır. Göstərilənləri nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, protokolu tərtib edən şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarına əsasən Şəxs ali təhsilli olmasını, daimi iş yerinin olmasını və himayəsində 3 uşağının olmasını inzibati məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir və onun inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar