Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-175/2021 12.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, xx.xx.1989-cu ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, Vəlvələ kəndində qeydiyyatda olan və yaşayan Şəxs oğlunun barəsində-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şabran RPŞ DYPB-nin İTÜ-nin inspektoru polis baş leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 529.3-cü maddəsilə xx.xx.2018-ci il tarixli, TYP 122977 №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-993/2020 №-li qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nın 529.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(105)-111/2021 №-li qərarı ilə Quba rayon Məhkəməsinin 3(027)-993/2020-saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı və xx xxxxxx 2020-ci il tarixli işin baxılmağa hazırlanması haqqında qərardadı ləğv edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən Şəxs barəsində tərtib edilmiş protokolun icraata qəbul edilməsi məsələsi müzakirə edilməsindən ötrü material Quba rayon Məhkəməsin, hazırlıq iclası mərhələsinə qaytarılmışdır. İşə baxılmasının yeri və vaxtı barədə, protokolu tərtib edən Azərbaycan Respublikası Şabran RPŞ-nə məlumat verilsə də, məhkəmə iclasına, protokolu tərtib edən Azərbaycan Respublikası Şabran RPŞ-nin nümayəndəsi gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Belə olan halda, məhkəmə işə, protokolu tərtib edən Azərbaycan Respublikası Quba RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Quba RPŞ-nin DYPB-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, BDYPİ-nin Mərkəzləşdirilmiş kompyuter bazasına sorğu edilərkən müəyyən olunmuşdur ki, Şəxs AE609974 sürücülük vəsiqəsi ilə əlaqədar bütün cərimələr ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görənəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, toplanmış sübutları tədqiq edib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qanuna və daxili inamına əsasən qiymətləndirib belə hesab edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeydinin 1-ci bəndində göstərilmişdir ki, 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.6-cı maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə qərarın icrasına xitam verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, müvafiq cəriməni, dəbbə pulunu ödədiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-175/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-175/2021
12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver