Məhkəmə qərarları › İş №3(027)-175/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-175/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-175/2023 15.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Quba rayonu İİ Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokola əsasən Şəxs Quba şəhəri, Vaqif küçəsində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Bol” marketə xx.xx.2023-cü il tarixində, saat 01:00-da pəncərədən daxil olaraq 9 qutu siqareti oğurlayaraq ona 36 manat ziyan vurmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 14 yanvar 2023-cü il tarixdə, saat 01:00 radələrində Quba şəhəri, Vaqif küçəsi ilə hərəkə edən zaman, «Bol market»ə gedib siqaret almaq və pulunu sonra verməyi qərara almışdır. Yaxınlıqda yerləşən «Bol market»ə getmiş, mağazanın bağlı olduğunu və ətrafda kimsənin olmadığını görüb mağazanın arxa tərəfinə keçərək mağazaya daxil olmaq qərarına gəlmişdir. Mağazanın arxa pəncərəsini açıb mağazaya daxil olaraq 4-5 qutu siqaret götürərək çölə çıxıb getmişdir. Sonra həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları onu görüb Quba RPŞnə gətirmişlər. Siqaretləri sonradan marketin sahibinə qaytarmışdır. Mağazadan pul və ya başqa ərzaqlar götürmək imkanı olsa da heç nəyə toxunmamışdır. Əlavə edərək zərərçəkmişə maddi ziyanı ödədiyini və barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında bildirmişdir ki, Quba şəhəri, Vaqif küçəsində yerləşən “Bol” marketi icarə əsasında işlədir. Hadisə nəticəsində ona vurulan 36 manat maddi ziyan, yəni siqaretin pulu tam ödənilmişdir. Bu barədə məhkəməyə ərizə təqdim edərək, Şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materialarında olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 yanvar 2023-cü il tarixli qərarın surətindən göründüyü kimi, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, şikayət və tələbin olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1 və 351.1-ci maddəslərində nəzərədə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda inzibat iş üzrə icraata xitam verilir. Qeyd edilən Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməklə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar