Məhkəmə qərarları › İş №3(027)-176/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-176/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-176/2024 19.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Xaçmaz rayonu, Uzun-oba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, işsiz, subay, Xaçmaz rayonu, Uzun-oba kəndində qeydiyyatda olan, həmin kənddə yaşayan Şəxs barəsində Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsilə Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nin DYPB-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə acıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Daxil olmuş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:23-də sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 2107” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba-Xaçmaz avtomobil yolunun Quba rayonu Zərdabi qəsəbəsindən keçən hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanunun 42-ci maddəsinin tələblərini pozaraq idarəetməni itirmiş və idarə etdiyi avtomobili yolun kənarında olan kolluqdan ibarət olan su arxına salmışdır. Bununla da Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, özünə məxsus **-LF-*** dövlət nömrə nişanlı “VAZ 2107” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili etibarnamə əsasında idarə edir. Sürücülük vəsiqəsi yoxdur. xx.xx.2023-cü il tarixdə, təxminən saat 22 radələrində Quba şəhərindən Xaçmaz rayonuna getdiyi zaman Quba şəhəri, “Asan xidmət”in qarşısından bir nəfər şəxsi öz avtomobilinə əyləşdirmişdir. Xaçmaz rayonuna gedən zaman Quba rayonu Zərdabi qəsəbəsində avtomobilin qarşısına at çıxmış, atı vurmamaq üçün avtomobili sağa çəkmiş və bu zaman idarəetməni itirərək yolun sağında olan su arxına düşmüşdür. Hadisə zamanı özü və yanında sərnişin qismində olan Fəhmin adlı şəxs müxtəlif bədən xəsarətləri almışlar. Həmin vaxtı avtomobili təxminən saatda 80- 90 kilometr sürətlə hərəkət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 bildirmişdir ki, Quba rayonu, İspik kəndində qeydiyyatda olsa da, müvəqqəti Quba rayonu Hacıhüseynli kəndində işlədiyi yerdə yaşayır. xx.xx.2023-cü il tarixdə Quba şəhərinə aptekə gəlmiş, geri qayıdan zaman Quba rayon “Asan xidmət”in qarşısında taksi gözləmiş və saat 22 radələrində “Vaz 2107” markalı avtomobilə əyləşmişdir. Yol gedən zaman Quba rayonu Zərdabi qəsəbəsi ərazisinə çatdıqda avtomobil yoldan çıxaraq kolluq əraziyə və su arxına düşmüşdür. O, bu anda telefonla yazışdığıdan-avtomobilin qarşısına atın çıxdığını və ya hansı şəraitdə hadisənin baş verdiyini görməmişdir. Hadisə zamanı xəsarət almış, yol keçən qohumları onu xəstəxanaya aparmışlar.Hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. AR DİN-nin Quba rayon Polis Şöbəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 03 noyabr 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcələnin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əməllərə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətməklə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törtmişdir. Onun təqsiri inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilir, əməli düzgün olaraq İXM-nin 332.4-cü maddəsi ilə tövsif edilmişdir və ona həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. AR İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı və 32.1.7ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və təqsir dərəcəsini, məsuliyyəti yüngülləşdirən haların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran halın olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar