Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-176/2025 07.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şikayət verən X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 25668911 nömrəli və xx.xx.2025-ci il tarixli EQ 26111567 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 346.4-cü maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 25668911 nömrəli və 328.3-cü maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 26111567 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 21.01,2025-ci il tarixdə Quba şəhəri T. Əhmədov küçəsi saat 14:03-də **-XZ-*** dövlət q/n nişanlı avtomobil ilə hərəkətdə olarakən qəfil özünü pis etdiyi üçün avtomobilin içində olarkən əyləci sıxaraq avtomobili saxlamış (təxmini 1 və ya 2 dəqiqə) və bu anda qarşıdakı avtomobil park etdiyi yerdən hərəkət etdiyi üçün həmin yerə avtomobili park edib yaxındakı aptekə getmişdi. xx.xx.2025-ci il, saat 22:46-da qərarın vurulma tarixi göstərilən EQ 25668911 nömrəli protokol ona xx.xx.20250-ci il, saat 22:46-da mobil telefon üzərindən göndərilmişdir. O isə həmin qərarı xx.xx.2025-ci il tarixdə Quba Rayon Dövlət X4 əldə etmişdi. Əlavə olaraq xx.xx.2025-ci il tarixdə yaşadığı ünvandan Quba şəhəri istiqamətində hərəkət edib. Sürət həddini o ərazidə yaşadığı üçün və hər gün işə gedib gəldiyi üçün əlavə olaraq yolun müəyyən hissələrinin təhlükəli döngələr olduğunu bilir. Qeyd olunan sürət həddinə riayət edən sürücülərdəndir. **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə GPS: 41.3926, 48.6287 yerdə saat 10:00-da YPX tərəfindən sürət həddinin tələblərinə riayət etdiyi halda 104 km/saat sürətlə cərimə edilmişdir.xx.xx.2025-ci il saat 10:00-da qərarın vurulma tarixi göstərilən EQ 26111567 nömrəli protokol ona xx.xx.2025-ci il tarixdə mobil telefon üzərindən göndərilmişdir. Həmin qərarı xx.xx.2025-ci il tarixdə Quba Rayon Dövlət X4 əldə etmişdir. Hər iki qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X3 ərizənin məzmununa uyğun izahat vermiş və barəsində tərtib olunmuş qərarların əsasız olduğunu və həmin qərarların ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN BDYPİ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərarlardan verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 25668911 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat cərimə cəzası tətbiq edilmişdir. İş materiallarında olan BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 26111567 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Qeyd edilən Qanunun İİ-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Həmin Qanununun 52-ci maddəsinin 1-ci bəndinə əsasən: Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. İnizbati xəta üzrə qərara əlavə edilmiş foto və video görüntülərdən görünür ki, “KİA SORENTO” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin ikinci cərgəsində qəza işığını yandıraraq piyadaya yol verməklə yolun hərəkət hissəsinin boşalmasını gözləyir. Göründüyü kimi, avtomobil yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmamış piyada olduğu üçün hərəkətini davam etdirə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 328.3-cü maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41- 60 km/saat həddində aşmağa görə-iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Göründüyü kimi, İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı icraat üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları iş materialına əlavə edilmiş və məlumatda İXM-nin 328.3-cü maddəsilə nəzərdə tutulan əməlin törədilməsi öz təsdiqini tapır və beləliklə də xx.xx.2025-ci il tarixli EQ 26111567 inzibati qərar ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 105.1, 131, 134.1.4 135.1.1 və 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsilə inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli EQ 26111567 inzibati xəta haqqında qərarnın ləğv edilməsinə dair hissədə şikayət təmin edilməsin. X3 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 25668911 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-176/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-176/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver