Məhkəmə qərarları › İş №3(027)-1761/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1761/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1761/2023 26.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Protokol tərtib edən Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, xx.xx.1979-cu ildə Quba şəhərində,anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: MN ******* nömrəli, 26 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-265/2021 saylı icra sənədinə əsasən icra sənədini icra etməmiş, icra məmurunun tələblərini yerinə yetirməmiş və bununla barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddə ilə nəzərdə tutulan inzibati xətaya dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahatında bildirmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-265/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 10439 (on min dörd yüz otuz doqquz) manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İş üzrə borclu Şəxs bugünədək tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir və hal-hazırda 10439 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, o məhkəmə qərarlarına hörmətlə yanaşır, borcu ödəməkdən imtina etmir, lakin bu günə kimi Zərərçəkmiş şəxs olan borcundan ödəniş etməmişdir. Fərdi işlə məşğul olur, aylıq gəliri 400manat-500 manat təşkil edir. Əlavə ödənişlər etdiyindən, hazırki borcu ödəməyə imkanı olmamışdır. Maddi cəhətdən imkanı qənaətbəxş deyildir. Mümkün olan qısa zamanda borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)- 265/2021 saylı icra sənədinə əsasən, iddia təmin edilərək, Şəxs 10439 (on min dörd yüz otuz doqquz) manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən göründüyü kimi, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)- 265/2021 saylı icra sənədinə əsasən icra sənədi xx.xx.2022-ci il tarixində icra məmuru Vahid Məmmədovun icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmiş, bildirişi xx.xx.2022-ci il tarixində imza edərək qəbul etmişdir əks təqdirdə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə məlumatlandırılmışdır. İş materiallarına əlavə olunan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(027)- 1195/2022 saylı qərarından görünür ki, Şəxs Quba Rayon Məhkəməsinin 2(027)-265 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini icra etməməklə, icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci, eyni zamanda Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(027)-700 saylı icra sənədini icra etməməklə və icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməklə, o Azərbaycan Respublikası İXM-nin 528.1 və 529.2-ci maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə, ona Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada 180 (bir yüz səksən) saat ictimai işlər tətbiq olunması qərara alınmışdır. Şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə və dəfələrlə borcun ödənilməsi tələb edilməsinə baxmayaraq, icra sənədini icra etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə və dəfələrlə icra sənədinin icra edilməsinin tələb edilməsinə baxmayaraq, icra sənədi icra edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininə 33.1.2-ci maddəsinə əsasən nzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, məsuliyyəti yüngülləşdirən halların olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar