Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1763/2023 27.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ İş № 3(027)-1763/2023 X1 iş üzrə QƏRAR Quba Rayon Məhkəməsi 26 iyul 2023-cü il Quba rayonu Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsilə daxil olmuş X1 materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində inzibati protokol tərtib edilmişdir ona görə ki, inizbati xətalar haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış X1 iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X1 xx.xx.2022-ci il tarixli, İXP5085512 saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilmişdir. X1 iş baxılmağa hazırlanarkən “AsanPay” rəsmi internet saytında xx.xx.2022-ci il tarixli, İXP5085512 saylı protokol üzrə cərimənin yoxlanılması zamanı cərimənin ödənildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi həmin maddənin tərkibini yaradır. X1 işin baxılmağa hazırlanması zamanı qərarın (qərardadın) qəbul edilməsi AR İXM 109-cu maddəsilə tənzimlənir. Qeyd edilən Məcəllənin 109.2-ci maddəsinə əsasən Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda X1 iş üzrə icraata xitam verilməsi və ya X1 iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki inzibati material üzrə protokolun tərtib olunmasına əsas olan xx.xx.2022-ci il tarixli, İXP5085512 saylı protokol üzrə cərimə həmin X1 işin baxılmağa hazırlanmasınadək ödənildiyindən, X1 iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 109 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsilə daxil olmuş X1 iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində isə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-1763/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1763/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver