Məhkəmə qərarları › İş №3(027)-178/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-178/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-178/2024 19.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Bərdə rayonu Qaraqoyunlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206cı maddələrilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: X2 xx.xx.2024-cü il tarixdə Quba rayonu, Qaraçay kəndində ünvansız nalayiq küçə söyüşləri söymüş, xx.xx.2024-cü il tarixdə Xaçmaz RMX-da keçirilən müayinə zamanı götürülmüş onun narkotik vasitə qəbul etməsi müəyyən edilmişdir. Quba RPŞ-nin, İTB-nin polis sahə rəisi polis kapitanı X8 tərəfindən X2 barəsində Azərbaycan Respulikası İXM-nin 510 və Quba RPŞ-nin, Qonaqkənd PB-nin polis sahə rəisi polis baş leytenantı X4 tərəfindən İXM-nin 206-cı maddələri ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 1663558-2544 №li və xx.xx.2024-cü MN 1663621-2257 №li protokollar tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X5 bildirdi ki, X2 İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində tərəfindən raport əsasında inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 Azərbaycan Respublikası İXM-nin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilərək izahatında Quba rayonuna dostları ilə birlikdə gəzməyə gəldiyini, dostları ilə arasında mübahisə olduğundan onlarla getmək istəmədiyindən, Quba rayonu, Qaraçay ərazisində nəqliyyat vasitəsindən düşmüş və bu zaman dostlarının dalınca ucadan söyüşlər söydüyünü və 3-4 gün əvvəl narkotik vasitə olan marixuanadan istifadə etdiyini və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Quba rayonu, Qaraçay kəndi ərazisində xidmətdə olduğu zaman X1 rayonu, Qaraçay ərazisində ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi şəxsi və şahidi dinləyib, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXM-nin 510 və 206-cı maddələrilə düzgün tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 25 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin vaxt Şəxs narkotik maddə qəbulu nəticəsindən yüngül dərəcə sərxoşluq vəziyyəti vardır. Məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində isə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməsinə baxmayaraq, o, Azərbaycan Respublikası İXM-nin 206 maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkəti (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs nəzərdə tutulduğu halda, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində əlli manatdan yüz manatadək miqdarda cərimə və ya on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 206-cı maddələrilə təqsirli bilinib, onun barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiqdir. Həmin inzibati həbsin əvvəli 18 fevral 2024-cü il tarixdən, saat 16:00-dan hesablanmalıdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 18 fevral 2024-cü il tarixdə, saat 16:00-da Quba Rayon Polis Şöbəsinin Qonaqkənd PB-nin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 510-cu maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsin əvvəli 18 fevral 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar