Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-179/2024 03.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə Şikayət verən şəxs X6 müdafiəçisi X8 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X10 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X3 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, İXM-nin 135.1.2, 135.1.3 və 135.1.6-cı maddələrinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi F.Piriyev tərəfindən qəbul edilmiş inzibati xəta barədə MN №1440126 saylı qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, Quba rayonu, Afurca kəndi ərazisində yerləşən “Dağ havası” istirahət mərkəzinin sahibidir və illərdir vergi ödəyicisi kimi sahibkarlıqla məşğul olur. İstirahət mərkəzi mövsümi olaraq yalnız iyun, iyul və avqust aylarında fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X4 və digərləri ona məxsus “Dağ havası” istirahət mərkəzinə gələrək ekoloji reyd keçirdiklərini bildirmişlər. Onlar istirahət mərkəzinin qarşısında, ona heç bir aidiyyatı olmayan yerdə, Vəlvələ çayının mühafizə zolağında qalaqlanmış tullantıları göstərərək onlara aid olduğunu iddia edərək cərimə olunacağını bildirmişlər. O bildirmişdir ki, həmin qalaqlanmış tullantıların ona və ona məxsus mərkəzə heç bir aidiyyatı yoxdur, ona məxsus ərazidən kənarda yerləşir və onlar tərəfindən ora zibil atılmır. Həmçinin onları işçiləri və istirahət edən şəxslərin ora zibil atması barədə heç bir sübüt, foto və video şəkil də yoxdur. Həmin ərazi kənardan avtobuslarla piknik üçün gələn turistlərin aktiv istirahət etdiyi ümumi istifadədə olan ərazidir. “Dağ havası” istirahət mərkəzinin məişət tullantıları “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə bağlanmış müqavilə əsasında vaxtlı vaxtında daşınır, əlavə ehtiyac yarandıqda mərkəzin istifadəsində olan pikap avtomobili vasitəsilə Quba şəhərində yerləşən tullantı poliqonuna atılır. xx.xx.2023-cü il tarixdə Qonaqkənd poçt şöbəsindən aldığı məktubla məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə barəsində İnzibati tənbeh vermə haqqında MN №1440126 saylı qərar çıxarılaraq İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə (Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə) təqsirli bilinərək vəzifəli şəxs kimi 3000 manat məbləğində cərimə olunmuşdur. Tərtib olunmuş protokola əsasən inzibati xəta faktı olması halı xx.xx.2023-cü il tarixdə keçirilmiş reyd əsasında müəyyən edilmişdir. Protokol xx.xx.2023-cü il tarixində tərtib edilmişdir. Həmin protokolun məzmununda bu əks olunmuşdur ki, "Quba rayonu Afurca kəndi ərazisində "Dağ havası" istirahət mərkəzinin qarşısında Vəlvələ çay axarının sağ sahilində çayın mühafizə zolağında xx.xx.2023-cü il tarixdə bərk məişət, tikinti və söküntü tullantıları atılaraq qalaqlanmışdır". İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Göründüyü kimi sözügedən protokol 5 gün sonra tərtib edilmişdir. Quba rayon Məhkəməsinin 3(027)-2300/2023 saylı xx.xx.2023-cü il tarixli ilə X10 tərəfindən verilmiş şikayət təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Quba rayon Məhkəməsinin 3(027)-2300/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfinən verilmiş şikayət baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-61/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 3(027)-2300/2023 nömrəli qərarı şikayətə əsasən ləğv olunmuş, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə yenidən baxılması üçün iş materialları Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon Məhkəməsinin 3(027)-179/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Quba rayon Məhkəməsinin 3(027)-179/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfinən verilmiş şikayət baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-207/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 3(027)-179/2024 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Quba Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Məhkəmə iclasında şikayət verən şəxs X6 müdafiəçisi X13 şikayət ərizəsində yazılanlara uyğun izahat verərək, şikayəti müdafiə edərək, bildirmişdir ki, istirahət mərkəzinə aid olmayan tullantıların mərkəz tərəfindən çölə atıldığını qeyd edərək inzibati protokol və qərar əsasında cərimə edilmişlər. Protokol tərtib edilməmişdən 4-5 gün öncə protokolu tərtib edən orqanın əməkdaşları dəfələrlə istirahət mərkəzinə gələrək tullantıların ora aid olduğunu və cərimələnəcəklərini bildirmişlər. Onlar həmin əməkdaşlara tullantıların istirahət mərkəzinə aid olmadığını qeyd etsələr də, xx.xx.2023-cü il tarixdə barələrində protokol tərtib edilərək əsasız olaraq cərimələnmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 şikayəti qəbul etməyərək bildirmişdir ki, şikayətdə qeyd olunanlar və tərəfin verdiyi izahat özünü müdafiə xarakteri daşıyır. Belə ki, istirahət mərkəzi tərəfindən tullantının yaranmasına səbəb olan faktlar aşkarlanmış və mərkəz barədə protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 MN ******* saylı, 22 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X10 Azərbaycan Respublikasının İXM-nin 266.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, X10 (“Dağ Havası” istirahət mərkəzi) ilə “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyi arasında məişət tullantılarının zərərsizləşdirilməsi ilə bağlı müqavilə bağlanmış və bunun müqabilində hər ay X10 (“Dağ Havası” istirahət mərkəzi) tərəfindən 30 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi X5 tərəfindən X10 barəsində Azərbaycan Respublikasının İXM-nin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə MN ******* saylı, 28 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 MN ******* saylı, 22 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X10 Azərbaycan Respublikasının İXM-nin 266.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Şərh edilənlərə əsasən, məhkəmə İXM-nin 135.1.2, 135.1.3 və 135.1.6-cı maddələrinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi F.Piriyev tərəfindən qəbul edilmiş inzibati xəta barədə MN №1440126 saylı qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X6 şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76, 84 və128.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İXM-nin 135.1.2, 135.1.3 və 135.1.6-cı maddələrinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi F.Piriyev tərəfindən qəbul edilmiş inzibati xəta barədə MN №1440126 saylı qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X6 şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-179/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-179/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver