Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-179/2025 13.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparlan şəxs Şəxs iştiakı ilə, xx.xx.1999-cu il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Quba Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs məxsus evin arxasında yerləşən hörülmüş setka və dəmir boruları çıxarıraq həmin şəxsə 200-300 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparlan şəxs Şəxs izahatında göstərmişdir ki, Aydın onunla qonşuluqda yaşayır. Sözügedən ərazi nənəsinə məxsusdur. Aydın təxminən 3 il əvvəl nənəsinin evinin qarşısında olan 0.1 sot torpaq sahəsinin ətrafını setka ilə hasara almışdır. Dəfələrlə sökməsini xahiş etmiş, lakin nəticəsiz qalmışdır. Bu barədə sahə rəisinə müraciət etmişlər. O, təxminən 20 gün əvvəl həmin setkanı və dəmir boruları çıxaraq atmışdır. Həmin vaxt tək olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Quba rayonu Xınalıq kəndində fərdi yaşayış evi var. Evin arxasında ətraf ərazini bağlamaq üçün uzunluğu 2 metrdən ibarət olan 8 ədəd 0.50 mm-lik dəmir turbalar və hörülmüş setka ilə bağlamışdır. Xəstə olduğundan evə yatmış, 22 yanvar 2025-ci il tarixdə evin arxasına keçərək baxdıqda setkanm və dəmir boruların yerində olmadığını aşkar etmiş və 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sökülmüş setka və dəmir borular ətrafa atılmışdır. Onun əmlakını sökən şəxslərin Mahir, Azad və Nicat adlı həmkəndliləri olduğunu və xx.xx.2025-ci il tarixdə etdiklərini bildirmişdir. Adlan qeyd olunan şəxslər onun əmlakına təxminən 200-300 manat dəyərində ziyan vurmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Quba RPŞ-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən Quba RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Quba RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X1 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Quba rayonu Xınalıq kəndi ərazisində, evinin arxasında yerləşən ərazidə hörülmüş setka və dəmir boruların 18 yanvar 2025-ci il tarixdə Xınalıq kənd sakini Şəxs tərəfindən çıxarılaraq atılması nəticəsində ona təxminən 200-300 manat məbləğində maddi ziyan vurulmuşdur. Qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə cinayətinə görə Azərbaycan Respublikası CPM-nin 186-cı maddəsinin tərkibini yaratmır. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan aktından görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus evin arxasında yerləşən hörülmüş setka və dəmir boruları çıxarırılması nəticəsində sonuncuya 221.80 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirlidir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqdainzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh növü tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs 221,80 manat ziyanın bir misli miqdarında inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125- 126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 221,80 manat ziyanın 1 (bir) misli miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-179/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-179/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver