Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-18/2021 07.01.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin Qonaqkənd PB tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan X3 tərəfindən verilmiş şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏ YYƏN E T D İ M: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin Qonaqkənd PB tərəfindən barəsində əsassız və qanunsuz tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15:04 radələrində SMS icazəsi alaraq çölə çıxmışdır. Posta yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etmiş, polis əməkdaşı postu keçməyə icazəsi olmadığını bildirmiş, protokol yazmışdır. O, postu keçməmiş protokol yazılmasına etiraz etmiş, 3 saat icazəsi olduğunu bildirmişdir. O, isə məhəl qoymadan protokolu yazmışdır. Bu zaman o, DİN-nin 102 xidmətinə zəng etmiş, icazəsi varsa cərimə yazılmaması bildirilmişdir. Protokolu oxuduqdan sonra orada saatın qeyd edilməməsi məlum olmuş, onun təkidi ilə saat qeyd edilmişdir. Polis əməkdaşı ona protokolun nüsxələrini təqdim etmiş və əlavə olaraq izahat da yazdırmışdır. Hesab edir ki, həmin protokol qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Ona görə də şikayətinin təmin edilərək, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin Qonaqkənd PB tərəfindən barəsində əsassız və qanunsuz tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. X3 inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət ilə məhkəməyə müraciət edə bilər. Beləliklə hesab edirəm ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmadığından, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin Qonaqkənd PB tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan X2 verdiyi şikayət geri qaytarılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin Qonaqkənd PB tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-18/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-18/2021
07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver