Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-180/2024 20.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: 5ZBMXKV, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, Quba rayonu, Qam- Qam kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində taksi ilə Quba şəhərindən yaşadıqları kənddə gedən zaman yolda aralarında yaranmış mübahisə nəticəsində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən X2 izahatında bildirmişdir ki, Quba rayonu Qam-qam kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Quba RPŞ-nə müraciət edərək, qeyd olunan tarixdə həmkəndlisi, eləcə də sinif yoldaşı olmuş Şəxs onunla mübahisə edərək, onu döydüyünü bildirmişdir. Müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində Quba şəhərindən yaşadıqları kənddə taksi ilə getdikləri zaman taksidə aralarında yaranmış mübahisə zəminində Şəxs Zərərçəkmiş şəxs üz nahiyyəsindən sillə ilə vuraraq, ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi, həm də sinif yoldaşı olmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində Quba şəhərindən yaşadığı kənddə getmək üçün “Birja”nın qarşısından taksiyə əyləşmiş, taksiyə Zərərçəkmiş şəxs da əyləşmiş, həmin vaxt Sakit də, o da içkili olmuşlar. Taksidə başqa bir yaşlı kişi də olmuşdur. Sakit təxminən 20 gün əvvəl tikinti üçün çay gətirdiyi daşların xırda olduğunu irad tutduqda, aralarında mübahisə yaranmışdır. Həmin vaxtı Sakitə sillə ilə bir dəfə üz nahiyyəsinə vurmuşdur. Əməlindən peşman olduğunu bildirmiş və məhkəməyə ərizə təqdim edərək zərərçəkmişlə barışdığı üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, fərdi əməklə məşğuldur. xx.xx.2023-cü il tarixdə, təxminən saat 17 radələrində Quba şəhərindən yaşadığı kənddə getmək üçün “Birja”nın qarşısından taksiyə əyləşmiş, həmin taksiyə həmkəndlisi, həm də sinif yoldaşı olmuş Şəxs da əyləşmiş, həmin vaxt Salman da, o da içkili olmuşlar, Taksidə başqa bir yaşlı kişi də olmuşdur. Salman təxminən 20 gün əvvəl tikinti üçün gətirdiyi çay daşına xırda olduğunu irad tutduqda, Salmana sifarişə uyğun daş verdiyini bildirmişdir. Söhbət zamanı aralarında mübahisə yaranmış, Salman onu yumruqla sfət nahiyyəsinə və baş nahiyyəsin vuraraq döymüşdür. O isə Salmanı vurmamışdır. Daha sonra avtomobildə olan zaman sakitləşmişlər. Ərizə təqdim edərək barışdıqları üçün Salmandan şikayətçi olmadığını bildirmiş və inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 yanvar 2024-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 1046 nömrəli, 29 dekabr 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlinib ki, onun bədəni üzərində aşkar olunan xəsarət- sağ gözün altında və burnunun üstündə sıyrıq, alt dodağının selikli qişasındaəzilmiş küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 29 dekabr 2023-cü il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxslə barışdığı üçün inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-180/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-180/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver