Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1809/2023 01.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Protokol tərtib edən polis Quba RŞ-nin İTB-nin polis sahə rəisi X8, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi sahibkar, Quba rayonu, Qımılqışlaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: 31 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 29 iyul 2023-cü il tarixdə, saat 22:30 radələrində Quba rayonu, Qımılqışlaq kəndində X1 yaşadığı evin həyətinə daxil olaraq onu narahat etmiş və içkili halda yola qaçaraq ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş X10 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 11:48-də DİN-nin “102 xidməti”ndən daxil olmuş məlumata görə, Quba rayonu, Qımılqışlaq kənd sakini X4 ***-***-**-** nömrəsindən zəng edərək, Şəxs adlı şəxsin mütəmadi onları narahat etməsini bildirmişdir. Məlum olmuşdur ki, 29 iyul 2023-cü il tarixdə də, saat 22:30 radələrində Tövsiyyə Xasməmmədovanın həyətinə daxil olaraq, onu və ailəsini narahat etmiş, sonra içkili halda yola qaçaraq, onların ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Daha sonra Quba RPŞ-nə gətirilmiş və barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, həmin gün səhər saatlarından Vasiflə birlikdə olmuş və spirtli içki içmişlər. Sonra axşam saatlarında işlədiyi mağazaya qaytmış və Vasifə görmək məqsədilə Vasifin yaşadığı evə tərəf getmişdir. Həyətin qapısı bağlı olduğu üçün daş hasarın üzərindən aşaraq həyətə keçmiş və həyətdə ayaq səslərini eşitdiyi üçün tez gəldiyi qaydada oradan uzaqlaşmışdır. İçkili olduğu üçün öz-özünə ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirmişdir ki, yoldaşı Vasif gəldikdən yarım saat sonra övladları ilə birlikdə evdə olarkən qonşu Zahirin mətbəxin pəncərəsindən içəri baxdığını gördükdə, bərk həyəcanlanmışlar. Həyətə çıxıb onu axtaranda o onları görüb əncir ağacının başından hasarın üzərinə hoppanaraq uzaqlaşmışdır. Küçədə onu və uşaqlarını nalayiq söyüşlərlə söymüşdür. Qonşular bu hadisənin şahidi olmüşlar. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında bildirmişdir ki, Zahir onun həmkəndlisidir və 29 iyul 2023-cü il tarixdə səhər saatlarından birlikdə olmuşlar. Sonra Zahir içkili halda axşam saatlarında onun həyətinə daxil olub uşaqlarını və ailəsini narahat etmiş, səs-küy salaraq hasardan aşıb qaçarkən nalayiq ifadələr işlətmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən, lakin ictimai qaydanı pozan hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən ilk dəfə inzibati xəta törətməsi məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan göründüyü kimi, Şəxs 31 iyul 2023-cü il, saat 20:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 31 iyul 2023-cü il, saat 20:50-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 6 (altı) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 31 iyul 2023-cü il, saat 20:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-1809/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1809/2023
01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver