Məhkəmə qərarları › İş №3(027)-182/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-182/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-182/2022 23.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1992-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs 21 fevral 2022-ci il tarixdə saat 23 radələrində Quba rayonunun Qəçrəş kəndi ərazisindən Quba şəhərinin mərkəzinə hərəkət olan “Niva” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomaşında narkotik vasitə hesab olunan çətənə bitkisini qəbul edərək məst olmuş və avtomobili idarə etmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1 tərəfindən Şəxs barəsində 22 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, qardaşı Ramil Məmmədkərimovun adına qeydiyyatda olan Niva markalı, **-XE- *** qeydiyyat nişanlı avtomaşını etibarnamə ilə idarə edir. 21.02.2022-ci il tarixdə saat 23 radələrində Quba rayonu Qəçrəş kəndindən Quba şəhər istiqamətinə hərəkət edib. Onunla birlikdə maşında X7 və X9 olub. Bu zaman yolda qarşı hərəkət zolağına çıxıb ötmə əməliyyatı etdiyi zaman Yol Patrul xidmətinin əməkdaşları onları saxlayıb. Ona qayda pozuntusu etməyi izah olunub. Həmin vaxt onun spirtli içki və ya narkotik vasitə qəbul edib-etmədiyini ondan soruşublar. O, da narkotik vasitə olan marixuana çəkdiyini deyib. Daha sonra polis əməkdaşları onu həkim müayinəsindən keçirdikləri zaman onun narkotik vasitə istifadə etdiyi məlum olub. X7 və X3 da polis əməkdaşları spirtli içki və ya narkotik vasitə qəbul edib-etmədiklərini soruşduqları zaman onlar hər ikisi istifadə etdiklərini bildiriblər. Polis əməkdaşları tərəfindən saxlanılarkən onlara qarşı hər hansı fiziki güc, təzyiq edilməmişdir. Yanında olan şəxslər X7 və X5 narkotik vasitə istifadə etdiklərini bilir. Həmin narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxsdən alıb və istifadə edib. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon RPŞ-nin İB-nin müstəntiqi X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 fevral 2022-ci il tarixli qərardan görünür ki, Şəxs 21 fevral 2022-ci il tarixdə saat 23 radələrində Quba rayonunun Qəçrəş kəndi ərazisindən Quba şəhərinin mərkəzinə hərəkət olan “Niva” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomaşında narkotik vasitə hesab olunan çətənə bitkisini qəbul edərək məst olmuş və avtomobili idarə etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan 21 fevral 2022-ci il tarixli 30 nömrəli akta əsasən, Şəxs narkotik vasitə qəbul etdiyi aşkar edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 22.02.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 22.02.2022-ci il tarixdə, saat 19:07 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. O, məhkəmə zalından dərhal azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. O, məhkəmə zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar