Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1827/2023 14.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X5 nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı X9 Mərkəzinin baş mütəxəsis-hüquqşünası X2 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Quba regional ərazi şöbəsinin nümayəndəsi X7 iştirakı ilə, X5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Quba regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş 21 iyul 2023-cü il tarixli, MN №1292799 saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X8 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 21 iyul 2023-cü il tarixli, MN ******* saylı qərara əsasən X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək, 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. X12 oğlu həmin qərarlardan şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X13 Xidməti X3 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə 700 (yeddi yüz) manat inzibati cərimə tənbehi barədə 21 iyul 2023-cü il tarixli Qərarını ləğv edib barəsində olan inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsslandırmışdır ki, X13 Xidməti Quba Regional Şöbəsinin 21 iyul 2023-cü il tarixli qərarı AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 700 manat məbləğində cərimə edilmişdir. O, qeyd olunan qərarla razılaşmır. Qərar qanunsuz və ədalətsiz olmaqla, maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. O, qeyd etmək istəyir ki, X6 işdən azad olunduqdan sonra çatmalı olan son haqq-hesab 16 fevral 2023-cü il tarixdə onların idarəyə sənədlər daxil olmuşdur və rəhbərlik etdiyi müəssisə Dövlət büdcəsindən maliyyələşdiyindən 01 mart 2023-cü il tarixdə müəssisənin hesabına pul daxil olmuş və pul hesablarına daxil olduqdan sonra 02 mart 2023-cü il tarixdə Ramin Zeynalovun son haqqhesabı ödənilmişdir. Belə ki, müəssisənin hesabında daima vəsait olmur, əmək haqları və digər ödəniş vəsaitləri müəssisənin hesabına hər ayın 1-də keçmiş aya dair ödəniş daxil olur və Ramin ödənilməli olan son haqq-hesabda dərhal ödənilmiş və R.Zeynalov ödənişlərin ödənilməsində qanun pozuntusuna yol verilməmişdir. X13 Xidməti Quba Regional Şöbəsi heç bir araşdırma aparmadan xx.xx.2023-cü il tarixdə mənim iştirakı olmadan onu xəbərdar etmədən protokol tərtib edib əsassız olaraq 700 manat məbləğində inzibati qaydada cərimə olunmağı barədə qərar qəbul etmişdir. Qeyd etdiyi faktlar, istinad etdiyim hüquq normalarına əsasən hesab edirik ki, onun barəsində tərtib edilmiş protokol və həmin protokol əsasında qəbul qərəzli, qanun pozuntusu ilə qərar qəbul edilmişdir. Ona görə də, həmin qərar ləğv edilməli, barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında şikayət verən şəxs X5 nümayəndəsi X4 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş və şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Quba regional ərazi şöbəsinin nümayəndəsi X14 şikayəti qəbul etməyərək, bildirdi ki, şikayət həqiqəti əks etdirmir, nümayəndə protokolun tərtib olunmasında iştirak edib.Son haq-hesab gecikdirilərək verilib. xx.xx.2023-cü ildə haqq-hesab ödənilib. Əmək Məcəlləsində son haqq-hesabları dərhal ödənilməsi barədə hal nəzərədə tutulmayıb. Şikayəti əsassız hesab edir, ona görə də şikayətin təmin olunmamasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 06.0.2022-ci il tarixli 644/k saylı Əmrindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdən 6 ay müddətinə X19 Təsətrrüfatı Mərkəzinin direktoru vəzifəsinə təyin edilmiş və həmin tarixdən Mərkəzin mühafizə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib, 700 manat məbləğində cərimə edilmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarla X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 700 manat məbləğində cərimə edilmiş, X1 qərardan xəbəri olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, X5 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xətanın törədilməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla lazımi qaydada xəbərdar olunmadan cərimə edilməsi bu Qanunun ədalətlik prinsipi ilə uzlaşmır. Belə ki, X12 barəsində olan inzibati xəta haqqında qərar onun rəsmi qeydiyyatda olduğu ünvana göndərilməmiş, o, bu barədə məlumatlandırılmamışdır. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X8 tərəfindən X12 barəsində qəbul edilmiş inzibati xəta haqqında MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Quba regional ərazi şöbəsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X12 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Quba regional ərazi şöbəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-1827/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1827/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver