Məhkəmə qərarları › İş №3(027)-184/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-184/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-184/2023 16.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokolu tərtib edən X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X11, X9 və X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Onun müdafiəçisi X2 iştirakı ilə xx.xx.1989-cu ildə Quba rayonu İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Quba rayonu İİ Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollaraa və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs aldadaraq dəyərini ödəmədən 50 manat dəyərində əti və 150 manatını almışdır. xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Quba rayonu, Zərdabi qəsəbəsində X3 aldadaraq 200 manatını dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə Quba şəhərində X12 aldadaraq 425 manatını dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Quba rayonu, Barlı kəndində X4 aldadaraq 180 manat dəyərində elektrik mişarını mənimsəmə yolu ilə ələ keçirmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 2022-ci ilin yay aylarınd Quba rayonu, Hacıhüseynli kəndində X7 ümumi dəyəri 90 manat olan təsərrüfat əşyalarını oğurlayaraq ələ keçirmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Quba rayonu, Dağlı kəndində X14 150 manatını gizli talamışdır. xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında Samur-Abşeron kanalının 400 manat dəyərində barmaqlığını gizli talamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs X8 izahatında bildirmişdir ki, Şəxs müxtəlif vaxtlarda, müxtəlif obyeklərdə müxtəlif şəxslərə qarşı oğurlama, mənimsəmə, dələduzluq yolu ilə özgə əmlaklarını talamaqla Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, həmin maddə ilə ona protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixində saat 17:00 radələrində Quba rayonu 1-ci Nügədi kəndində Zərərçəkmiş şəxs 50 manat dəyərində ət sifariş edərək ətin pulunu verməmiş və ondan 150 manat pul alıb qaçmışdır. xx.xx.2023-cü il tarixində saat 19:30-da Quba rayonu, Zərdabi qəsəbəsində X5 işlədiyi “Oba” marketdən 200 manat pulu aldadaraq alıb qaçmışdır. xx.xx.2022-ci il tarixində Quba rayonu Rustov kənd sakini X12 işə düzəldəcəyi adı ilə 425 manat pulunu alıb qaytarmamışdır. xx.xx.2022ci il tarixində Quba rayonu Barlı kəndində ona əmanət kimi verilən X6 məxsus 1 ədəd elektrik mişarını deyilən ünvana çatdırmamışdır. 2022-ci ilin yay aylarında Quba rayonu, Hacıhüseynli kəndində sakini X7 yaşadığı evin həyətində 90 AZN dəyərində ev avadanlıalarını oğurlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Quba rayonu, Dağlı kəndindəki kənd təsərrüfatı mağazasında işləyən satıcı Vahid Qəribovu aldadaraq ondan 150 manat pulu oğurlamışdır. Tutduğu əməllərdən, etdiyi hərəkətlərdən peşmandır və barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs zahatında bildirmişdir ki, Şəxs 10 yanvar 2023cü il tarixdə saat 17 radələrində işlədiyi Quba rayonu 1-ci Nügədi kəndində yerləşən ət satışı mağazasına gələrək ona 50 manat dəyərində ət məhsulu sifariş edib. Daha sonra sifariş hazır olduqdan sonra ondan 150 manat pul istəyib ki, taksiyə versin. Daha sonra ona 200 manat bütöv pul verəcəyini dedikdə, razılaşıb ona 150 manat pul vermişdir. Şəxs bayıra çıxıb və taksiyə minərək oradan uzaqlaşmışdır. Dəymiş zərər ödənməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahatında bildirmişdir ki, Vətən müharibəsi iştirakçısı olmuşdur. Hazırda Quba rayonu Zərdabi qəsəbəsində yerləşən “OBA” marketdə kassir-satıcı vəzifəsində işləyir. 04 yanvar 2023-cü il tarixdə, saat 19:30 radələrində marketin kassasında dayandığı zaman Şəxs ona yaxınlaşaraq bütöv 200 manat pul əskinasını xirdalamasını xahiş etmişdir. Daha sonra xırda pulu aldıqdan sonra bütöv 200 manat pul əskinasının maşında qaldığını ona bildirərək maşına tərəf getmiş, sonradan gələrək pulu taksi ilə qardaşı üçün göndərdiyini kontur istəyərək qardaşına zəng vurmaq istədiyini bildirmişdir. O, da kontur olmadığını bildirdikdə Şəxs əlində olan aparatı stolun üstünə qoyaraq yaxındakı marketə kontur almaq adı ilə çıxıb getmişdir. Sonradan həmin aparatın ayaq qandalını idarə edən aparat olduğu məlum olmuşdur. Dəymiş zərər ödənməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 16:30-da Xaçmaz-Quba yolunun Barlı qəsəbəsi olan hissəsində yoldan keçən nömrəsini bilmədiyi ağ rəngli “Vaz-2109” markalı avtomobilin sürücüsü Şəxs Quba şəhərinə aparmaq üçün təxminən 180 manat dəyərində olan 01 ədəd işlənmiş elektrik mişarı vermiş, lakin o elektrik mişarını deyilən ünvana çatdırmamışdır. Sonra polisə müraciət etdikdə, həmin şəxsin Şəxs olduğunu bilmişdir. Dəymiş zərər ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X15 izahatında bildirmişdir ki, Şəxs ona məxsus Quba rayonu Hacıhüseynli kəndində yaşadığı evin həyətindən 2 ədəd aliminium su qablarını oğurlamış və ona 90 manat dəyərində maddi ziyan vurmuşdur. Dəymiş zərər ödənilməmişdir. İş materialında olan; xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, 15 yanvar 2023-cü il tarixli, 20 yanvar 2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qərarların surətlərindən göründüyü kimi, qeyd edilən əməllərlə bağlı bağlı cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs oğurlama, mənimsəmə, dələduzluq yolu ilə özgə əmlaklarını talamaqla Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş hərəkətə görə, yəni X10 425 manatını dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı Ə.Məcidov təqsirli bilinsə də, həmin əmələ görə tənbeh verilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. AR İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. AR İnzibati Xətalar Məcəlləsinin 33.1.4-cü maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayan X16 qarşı törədilməsi məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin tutulduğu vaxtdan, yəni 15 fevral 2023-cü il tarixdə saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 2 (iki) ay müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 15 fevral 2023-cü il, saat 18:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili X13 tərəfindən hüquqların məhkəmədə müdafiə edilməsinə görə 6 (altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar