Məhkəmə qərarları › İş №3(027)-184/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-184/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-184/2024 21.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Quba rayonu, Talabıqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i: Quba RPŞ-nin İTB-nın polis sahə rəisi, polis mayoru Əsədov Vidadİ Bağı oğlu tərəfindən tərtib olunmuş MN seriyalı 1663745-3286 №li nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Quba rayon Talabıqışlaq kəndində qaynatası Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli billməyərək, izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynatasıdır, qaynatası ilə münasibətləri normal deyildir. Zərərçəkmiş şəxslə bir ailədə yaşamaqları mümkün olmadığına görə 2023-cü ildə onlar ailəlikcə kirayə başqa evə köçmşülər. 2023-cü ilin avqust ayında kirayədə olmuşlar. O, xx.xx.2023-cü il tarixdə qaynatasını vurmamışdır. Hazırki inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun gəlinidir. Oğlu və gəlini ilə münasibətləri normal deyil. Belə ki, birgə evdə yaşamaqları mümkün deyil, oğlu ailəsi ilə birgə bir müddət başqa evə köçmüşlər, yanvar ayında isə gəlmişlər. Bütün kommunal yığılan xərcləri ödəmirlər onu incidirlər. 08 avqust 2023-cü il tarixdə oğlu pəncərədən evinə daxil olaraq onu ayağından tutub yerdə sürüyübdür. Hazırda gəlini və oğlunun onun evidən çıxmalarını istəyir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmamış, onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 10 №-li rəyindən görünür ki, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - burnunun üstündə səthi əzilmiş yara müxtəlif vəziyyətlərdə və şəraitlərdə, o cümlədən qərarda göstərilən şəraitdə küt əşyanın təsirindən törənməklə qərarda göstərilən vaxtda, yəni 08 avqust 2023-cü il tarixdə yetirilməsi mümkündür və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan Quba RPŞ-nin TB-nın təhqiqatçısı, Sənan Həsənovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 10 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs gəlini X1 və oğlu X2 tərəfindən təhqir edilməsi ilə bağlı müraciəti cinayət xarakterli deyil, xüsusi ittiham xaraktrerli olduğundan cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs gəlini Şəxs və oğlu X2 tərəfindən təhqir olunması ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından göründüyü kimi, Şəxs xx.xx.2023-cü il tarixdə Quba rayon, Talabıqışlaq kəndində qaynatası Zərərçəkmiş şəxs döyməsi təsdiq olunmur, həmçinin protokolda qeyd edilən inzibati xətadan 6 ay sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında tərtib olunmuş protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Beləliklə hesab edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs qızının Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar