Məhkəmə qərarları › İş №3(027)-191/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-191/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-191/2025 07.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN BYPİ-nin 18 yanvar 2025-ci il tarixli 16/1-214931 saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X8 məhkəməyə şikayət ərizəsilə müraciət edərək, DİN BDYPİ-nin 18 yanvar 2025-ci il tarixli 16/1- 214931 saylı inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X8 şikayəti onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır. Quba regional ASAN xidmət mərkəzində sürücülük vəsiqəsi yoxlayan zaman məlum olmuşdur ki barəsində 14 ədəd qərarla cərimə yazılmışdır. Bundan sonra Quba Rayon Polis şöbəsinin DYPB-nə müraciət edərək həmin qərarları əldə edərək, məhkəməyə şikayət etmişdir. Quba Rayon Məhkəməsinin müvafiq qərarları ilə barəsində tərtib olunmuş elektron qərarlar ləğv edilmiş və yenidən araşdırılması üçün DİN BDYPİ-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, 16/1-214931 nömrəli qərarla barəsində olan EQ/22759501, EQ/22633749, EQ/22438408, EQ/22270928, EQ/21889451, EQ/21807489, EQ/21806590, EQ/21805636, EQ/21545441, EQ/21511666, EQ/21462456 və EQ/21460398 nömrəli, cəmi 12 qərar üzrə işə yenidən baxaraq, 11 protokol üzrə Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə hər biri 400 manat olmaqla 11 inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarda işlərə yenidən baxılarkən yol hərəkəti qayda pozuntuları tam olaraq sübuta yetirildiyi, Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində nəqliyyat vasitəsinin etibarnamə əsasında vətəndaş Z.Əhmədzadənin istifadəsində olmasının müəyyən edilməsi, habelə həmin dövr üçün onun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırıldığı təsdiqini tapdığı göstərilmişdir. Həmin işə yenidən baxılan zaman dəvət olunmamış, onun iştirakı olmadan necə araşdırılma aparılmış və yenidən barəsində qanunsuz qərar qəbul olunmuşdur. Həmçinin bildirir ki, sözügedən qərar ona 10 fevral 2025-ci il tarixdə poçt işçisi tərəfindən təqdim edilmişdir. Qərarda həmin qərarın rəsmi qaydada verildiyi gündən 20 gün müddətində məhkəməyə şikayət verilə bilməsi qeyd edilmişdir. Bir daha qeyd edir ki, həmin inzibati xətaya aidiyyəti olmamışdır, “Mercedes Benz E220 CDİ minik” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtmobili o idarə etməmişdir. Məhkəmə iclasında X8 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, onun sürücülük hüququ məhdudlaşdırılıb, o bu müddət ərzində avtomobili idarə etməmişdir. Avtomobilin mülkiyyətçisi X4r. X9 qeyd edilən nəqliyyat vasitəsi ilə bağlı X5 etibarnamə vermişdir. X11 tərəfindən X6, həmçinin ona etibarnamə verilmişdir. X6 verilmiş etibarnamənin müddəti bitdikdən və etibarnaməsi qüvvədən düşdükdən sonra cərimələr avtomatik olaraq onun adına yazılmışdır. Halhazırda C. Musayev şahid kimi ifadə verməyə gəlib. Göstərilənləri nəzərə alaraq, qeyd edilən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, sözü gedən avtomobillə bağlı etibarnaməni ona Rahim vermişdi, müddəti bitdiyindən bir neçə vaxt avtomobili özü sürüb, həmin vaxt Rahim də onun yanında olub. Ziya həmin avtomobili heç vaxt sürməyib, həmin qərarların ona aidiyyəti yoxdur. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilmiş orqana məlumat verilsə də, DİN BDYPİ-nin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət verən şəxsi və şahidi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, DİN BDYPİ-nin 18 yanvar 2025-ci il tarixli 16/1-214931 saylı inzibati xəta haqqında qərardan X8 tərəfindən verilmiş şikayət təmin olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin 18 yanvar 2025-ci il tarixli 16/1-214931 saylı inzibati xəta haqqında qərarından görünür ki, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsilə nəzərədə tutulmuş xəta törətməsilə nətəcələnməsi müəyyən edilmiş və barəsində hər biri 400 (dörd yüz) manat məbləğində olmaqla on bir inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası DİN BDYPİnin EQ/22759501, EQ/22633749, EQ/22438408, EQ/22270928, EQ/21889451, EQ/21807489, EQ/21806590, EQ/21805636, EQ/21545441, EQ/21511666, EQ/21462456 və EQ/21460398 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarına əsasən, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsilə təqsirli bilinərək, hər biri üzrə 400 manat cərimə edilməsi qərara alınmış, Ziya Əhmədzadə həmin qərarlarla razılaşmayaraq, qərarların ləğv edilməsi barədə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin müvafiq qərarları ilə barəsində tərtib olunmuş elektron qərarlar ləğv edilmiş və yenidən araşdırılması üçün DİN BDYPİ-yə göndərilmişdir. İş yenidən araşdırılaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X8 barəsində hər biri 400 (dörd yüz) manat məbləğində olmaqla on bir inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə 18 yanvar 2025-ci il tarixli 16/1-214931 saylı inzibati xəta haqqında qərar tərtib edilmişdir. Ziya Əhmədzadə yenidən məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş qərarın ləğv edilməsini və inzibati xətaya görə əməlində inzibati xəta tərkibi olmadığından, icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görədörd yüz manat məbləğində cərimə edilir Məhkəməyə təqdim edilmiş nəqliyyat vasitəsinin idarə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Mercedes Benz E220 CDİ minik” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtmobilin mülkiyyətçisi ünvan 3 ünvanında qeydiyyatda olan X2 Novruz Əhəd oğluna etibarnamə vermişdir. X11 tərəfindən də nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnaməni ünvan 4 ünvanında qeydiyyatda olan X6 vermişdir. Etibarnamə Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı və şahid ifadəsindən də müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ/22759501, EQ/22633749, EQ/22438408, EQ/22270928, EQ/21889451, EQ/21807489, EQ/21806590, EQ/21805636, EQ/21545441, EQ/21511666, EQ/21462456 və EQ/21460398 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarına əsasən, X3 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsilə məsuliyyətə cəlb olunması əsassız olmuşdur. Məhkəmə hesab edir ki, İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı icraat üzrə barəsində şikayət verilmiş qərar ləğv edilməli və X3 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 105.1, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsilə inzibati xəta haqqında 18 yanvar 2025-ci il tarixli 16/1-214931 saylı qərarı ləğv edilsin və X3 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar