Məhkəmə qərarları › İş №3(027)-192/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-192/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-192/2025 04.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Vətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs Mətin Kərimovun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Quba rayonu anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs, xx.xx.2025-ci il tarixdə, saat 22:00 radələrində yaşadığı evdə həmkəndlisi Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Mətin Kərimov tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 22:00 radələrində yaşadığı evdə həmkəndlisi Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Hazırda Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir və özünün barəsində inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs onun həmkəndlisi və qonşusu olduğunu, onunla münasibətinin bu zamana qədər normal olduğunu. xx.xx.2025- ci il tarixdə, saat 22 radələrində Şahbalanın onu yaşadığı evə çağıraraq onunla söhbətinin olduğunu dediyini. Şahbalanın evində olduqları zaman sərxoş vəziyyətdə olan Şahbalanın onunla əsassız olaraq mübahisə etdiyini, mübahisə əsnasında Şahbalanın onun boyun nahiyyəsindən yumruq zərbəsi ilə vurduğunu, həmin zərbə nəticəsində onun yerə yıxıldığını, yerdə olarkən Şahbalanın onu yumruq və təpik zərbələri ilə vurduğunu, üz nahiyyəsindən vurmaq istədiyi zaman üzünü qorumaq istədiyi zaman sol əlindən xəsarət aldığnı bildirmişdir. Hazırda Şəxsla barışıq əldə etmişdir və onun barəsində inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin polis sahə inspektoru Mətin Kərimov göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. İş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin tərkibi olduğundan barəsində cinayət işinin başlanması rədd edilmiş, inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə (X1) göndərilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizələrdən görünür ki, onlar barışmışdır və Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmadığını nəzərə alaraq, yuxarıda göstərilən qanun normalarına əsasən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar