Məhkəmə qərarları › İş №3(027)-193/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-193/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-193/2022 29.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi X22 oğlunun katibliyi ilə Şikayət vermiş şəxs X2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Quba regional ərazi şöbəsinin nümayəndəsi X14 və Quba rayon prokurorluğunun müstəntiqi X10 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Quba regional ərazi şöbəsinin 14.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X7 MN ******* saylı, 14 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 manat məbləğində cərimə edilmişdir. X5 şikayət ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Quba regional ərazi şöbəsinin 14.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Quba regional ərazi şöbəsinin 14.02.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3000 (üç min) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərar ona rəsmi qaydada 15.02.2022-ci il tarixində təqdim edilmişdir. Barəsində tətbiq edilən həmin inzibati tənbeh tədbiri tamamilə qanunsuz və əsassızdır. Belə ki, həmin 14.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, o, X5 tərəfindən Quba rayonu, Küsnətqazma kəndində yerləşən “Şah Əsəri” restoranında X4 və X8 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə o, X5 tərəfindən İXM-nin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla bağlı bildirir ki, o, X5 qanunvericilikdə nəzərdə tutulmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Quba rayonu, Küsnətqazma kəndində yerləşən “Şah Əsəri” restoranında İşləyən işçilərlə də Əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlayır. Yəni İşçilər ilə əmək müqaviləsi bağlanmadan biz onları işə cəlb etmirlər. Belə ki, 14.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, X4 “Şah Əsəri” restoranında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X4 “Şah Əsəri” restoranında ümumiyyətlə işləmir, onun “Şah Əsəri” restoranı ilə hər hansı bağlılığı olmadığı təqdirdə X17 Xidmətinin Quba regional ərazi şöbəsinin hansı əsaslarla Teymur Mustafayevi onların işçisi kimi göstərməsi qanunvericiliyin kobud şəkildə pozulması deməkdir. X17 Xidmətinin Quba regional ərazi şöbəsi tərəfindən tam, hər tərəfli, obyektiv araşdırılma aparılmadan həmin ərazidə olan şəxslərin izahatları alınmadan qeyri-qanuni yollarla Teymur Mustafayevi onların işçisi kimi göstərməsi və buna əsasən barəsində inzibati xəta haqqında protokol və həmin protokola əsasən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi qanunsuzdur. Həmin 14.02.2022-ci il tarixli, MN ******* nömrəli nzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, X8 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu halda X17 xidmətinin Quba regional ərazi şöbəsi tərəfindən tam, hər tərəfli, obyektiv araşdırılma aparılmadan müəyyən edilmişdir. Belə ki, o, X1 X16 05.06.2021-ci il tarixindən əmək müqaviləsi bağlamış və buna əsasən X8 “Şah Əsəri” restoranında anbardar vəzifəsində işləməyə başlamışdır. Yəni tərəflərindən qanunvericiliyin tələblərinə uyğun olaraq onunla müqavilə bağlanılmış və işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X8 ilə o, X5 arasında bağlanılmış əmək müqaviləsinin müddəti 01.10.2021-ci il tarixində bitmiş hesab edilsə belə, qanunvericiliyin tələblərinə uyğun olaraq müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilsə belə də əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonraki bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi, əmək qanunvericiliyindən belə müəyyən edilir ki, X17 Xidmətinin Quba regional ərazi şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən ancaq prokurorun qərarına istinad edilmiş, bu məsələ ilə bağlı hər tərəfli araşdrıma aparılmadan, izahatlar alınmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə yuxarıda qeyd edilənlərdən görünür ki, ona qarşı heç bir sübut yoxdur və o, təqsirsizdir. X17 Xidmətinin Quba regional ərazi şöbəsi tərəfindən tərtib edilən inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır və İnzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Quba regional ərazi şöbəsinin nümayəndəsi X20 şikayətin təmin olunmamasını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X7 MN ******* saylı, 14 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, Xalid Fətullayev dayısı sayılır. “Şah əsəri” restoranında işləyir. Səbuhi adlı işçi özünü asmışdır. Həmin vaxt Nicat müdaxilə eləmiş, Nicatın yanında özü və Cabbar olmuş, ipi o, yandırmışdır. Hadisə vaxt o, dayısı ilə çay içmiş, İsmətlə kababçının yanında dayanmışlar. Əsgərlikdən iyul ayının 3-cü qayıtmış, Nicat məhəllə uşağıdır, Nicatı tanıyır. Onunla bir yerdə əvvəllər toylarda ofisant işləmişlər. O, “Şah əsəri” restoranında işləməmişdir. Quba rayon prokurorluğunun 208c-21 saylı materialında şahid qismində ifadəsi alınmış X6 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayından “Şah əsəri restoranında aşpaz yanında təcrübə keçir. “Şah əsəri” restoranında personal üçün ayrılmış kotejdə qalır. Kotejdə özü, Cabbar, Səbuhi və Mətləb qalırdılar. 4 ay orada işlədiyi müddət ərzində Səbuhinin kimləsə probleminin ədavətinin və düşmənçiliyinin olmasının şahidi olmamışdır. 11 noyabr 2021-ci il tarixdə saat 16-17 radələrində o, manqalın qarşısında dayanmışdır. Nurəddin qaçaraq gəldi və Səbuhinin özünü asdığını dedi, o, ilk öncə ona inanmadı, zarafat etdiyini sandı. Lakin, Nicatın mətbəxdən çıxıb qaçdığını gördükdə həqiqətən nə isə olduğuna inandı və arxası ilə getdi. Hamam otağına daxil oldular. Nicat orada olan ayaqyolunun qapısını açdı və Səbuhini ayaqlarından tutub qaldırdı, ona ipi kəsməyini dedi, o, alışqanla ipi yandırdı və Səbuhini Nicatla köməkləşib hamam otağının girəcəyinə uzatdılar. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, “Şah əsəri restoranında anbardar işləyir, əmək müqaviləsi bağlanıb. 600 manat əmək haqqı alır. Hal-hazırda həmin vəzifədə işləyir. İşə xitam verilməsi barədə aralarında söhbət olmayıb. Quba rayon prokurorluğunun 208c-21 saylı materialında şahid qismində ifadəsi alnımış X8 ifadəsində göstərmişdir ki, Quba rayonu, Küsnət qazma kəndində yerləşən “Şah əsəri” restoranında əmək müqaviləsi əsasında 6 aydır ki, anbardar vəzifəsində işləyir. O, 2021-ci ilin iyun ayından işə başlamış, işə başladığı vaxtdan etibarən əmək müqaviləsi vardır. “Şah əsəri” restoranının mülkiyyətçisi Sabir müəllimdir, lakin o, onu tanımır, restoranı hazırda işlədən Xalid Fətullayevdir. Xalid hazırda həmin restoranda aşbaz işləyir. O, işlədiyi vaxtdan “Şah əsəri” restoranında kotejində qalır. Səbuhi onun otaq yoldaşı olmuşdur. Nurəddin Səbuhinin ayaqyolunda özünü asdığını bildirmiş, o, qorxduğu üçün içəri girə bilməmiş, işçilərdən Nicat və Teymur onu ipdən azad edərək yerə uzatmışlar. Quba rayon prokurorluğunun 208c-21 saylı materialında şahid qismində ifadəsi alınmış X15 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından “Şah əsəri restoranında əmək müqaviləsi əsasında soyuq qəlyanaltı aşbazı işləyir. O cümlədən, həmin kotejdə kababçı Teymur və çayçı Mətləb də qalırdı. Hadisə vaxtı Teymur alışqanla ipi yandırdı. Onlar köməkləşib Səbuhini hamam otağının girişinə uzandırmışlar. Məhkəmə iclasında Quba rayon prokurorluğunun müstəntiqi X19 göstərmişdir ki, Mustafayev Teymur Mustafa oğlu və X8 208c-21 saylı material üzrə şahid qismində dindirilmişdir. X13 oğlu izahatının sonunda öz xətti ilə “izahatı oxudum, öz sözlərimlə doğru yazılıb, əlavəm yoxdur, imzamla təsdir edirəm”, sözlərini və X8 izahatının sonunda öz xətti ilə “izahatımı oxudum, sözlərim doğru yazılıb, əlavə toxdur, izahatımın doğruluğunu imzam ilə təsdiqləyirəm” sözlərini yazmışlar. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X7 MN ******* saylı, 14 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 12 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, həmin qərarla Quba rayonu, Küsnətqazma kəndində qeydiyyatda olmaqla, Quba şəhəri, Nizami küçəsi, ev 4-də yaşayan X2 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması, qərarın inzibati təhbeh tədbirinin tətbiq olunması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Quba regional ərazi şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materialında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X7 MN ******* saylı, 14 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə edilmişdir. Quba rayon prokurorluğundan sorğu edilərək alınmış 208c-21 saylı materialdan müəyyən olunur ki, X5 verdiyi izahatında “... Səbuhi restoranda kassir işləmiş, Cabbar anbardar, Nicat salat hazırlayan, Teymur aşbaz köməkçisi, Nurəddin isə ofisiant olmuşdur”, X15 verdiyi izahatında “...həmin kotejdə kababçı Teymur və çayçı Mətləb də qalırdı. Hadisə vaxtı Teymur alışqanla ipi yandırdı.”, X8 verdiyi izahatında “... Nurəddin Səbuhinin ayaqyolunda özünü asdığını bildirmiş, o, qorxduğu üçün içəri girə bilməmiş, işçilərdən Nicat və Teymur onu ipdən azad edərək yerə uzatmışlar.”, Mustafayev Teymur Mustafa oğlu verdiyi izahatında “...2021-ci ilin iyul ayından “Şah əsəri restoranında aşpaz yanında təcrübə keçir. “Şah əsəri” restoranında personal üçün ayrılmış kotejdə qalır. Kotejdə özü, Cabbar, Səbuhi və Mətləb qalırdılar.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, Quba rayon prokurorunun 12 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla X2 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar inzibati təhbeh tədbirinin tətbiq olunması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Quba regional ərazi şöbəsinə göndərilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X7 MN ******* saylı, 14 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 manat məbləğində cərimə edilmişdir. X5 həmin qərardan şikayət vermişdir. Məhkəmə, X5, X6 və X3 ibtidai istintaqda verdikləri ifadələri ilə məhkəmədə verdiyi ifadələri arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, onların ibtidai istintaqda verdikləri ifadələri mötəbər sayılmalı və qəbul edilməlidir. Belə ki, iş üzrə ibtidai istintaqda dindirilmiş X5, X6, X8, X15 və digər şəxslərin ifadələrinin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Belə ki, bu ifadələr həmin şəxslərin iradə ifadəsini əks etdirmiş, işin halları ilə əlaqəli şəkildə bağlı olmuş və işin həqiqi faktiki hallarını ziddiyyət yaratmadan təsdiq etmişlər. Bu ifadələrin mötəbər sayılmaması üçün məhkəmə heç bir əsas görmür və şikayətçi X5 da belə bir əsası təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Quba regional ərazi şöbəsinin MN ******* saylı, 14 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını ləğv edib icrata xitam verilməsi barədə X2 şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76, 84 və128.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Quba regional ərazi şöbəsinin MN ******* saylı, 14 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını ləğv edib icrata xitam verilməsi barədə X2 şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar