Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-193/2023 21.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdyev Elşad Mütəllim oğlunun katibliyi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi X2 və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, Zizik kəndində qeydiyyatda olan və yaşayan (X5 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1012/2020 saylı icra sənədini təkrarən icra eməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən 20 fevral 2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəməyə verdiyi izahatında göstərdi ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci tarixli, 2(027)-1012/2020 saylı icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs azyaşlı uşaqları X8, X9, X7 və X6 ilə birlikdə Quba rayonu, Zizik kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2019-cu il tarixli çıxarışla X4 məxsus 142.2 kv.metr sahəsi olan evə köçürülməlidirlər. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. xx.xx.2023-cü ildə icra sənədinin icrası ilə əlaqədar icra prosesi təyin olunmuşdur. Tələbkar Zərərçəkmiş şəxs mübahisə predmetini təşkil edən mənzilə köçürülmüş və hal-hazırda orada yaşamaqdadır. Zərərçəkmiş şəxs köçürüldüyü otağın döşəməsi və tavanı yararlı haldadır. Zərərçəkmiş şəxs yaşamaq üçün istifadəyə yaralı otaqla təmin olunmuşdur. Lakin, tərəflər arasında mübahisə mənzildən istifadə qaydalarına görə yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci tarixli, 2(027)-1012/2020 saylı icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs azyaşlı uşaqları X8, X9, X7 və X6 ilə birlikdə Quba rayonu, Zizik kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2019-cu il tarixli çıxarışla X4 məxsus 142.2 kv.metr sahəsi olan evə köçürülməsi qərara alınmışdır. Hazırda Zərərçəkmiş şəxs mübahisə predmetini təşkil edən evdə yaşayır. Lakin, o mənzildən istifadə qaydalarından düzgün istifadə etmir. Belə ki, onun istifadəsində olan otaqlardan istifadə edəcəyini, istədiyi vaxt gəlib-gedəcəyini bildirərək özü qərəzli şəkildə aralarında olan münasibətləri kəskinləşdirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci tarixli, 2(027)-1012/2020 saylı icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs azyaşlı uşaqları X8, X9, X7 və X6 ilə birlikdə Quba rayonu, Zizik kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2019-cu il tarixli çıxarışla X4 məxsus 142.2 kv.metr sahəsi olan evə köçürülməsi qərara alınmışdır. Hal-hazırda mübahisə predmetini təşkil edən mənzilə köçürülmüş və orada yaşamaqdadır. Lakin o, qeyd olunan mənzilə köçürülsə də ümumi mənzilin digər otaqlarından istədiyi qaydada istifadə edə bilmir. Bundan başqa, onun yaşadığı otağın döşəməsi və tavanı olmasına baxmayaraq rütubətlidir. Ona görə də, Şəxs ilə aralarında mübahisə yaranmışdır. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2(027)-1012/2020 saylı qətnaməsi üzrə icra sənədi icra edilmiş və Zərərçəkmiş şəxs mübahisə predmetini təşkil edən evə köçürülmüşdür. Zərərçəkmiş şəxs mübahisə predmetini təşkil edən evə köçürülməsi tərəflərin məhkəmə iclasında verdiyi izahatları ilə öz təqsdini tapmışdır. Lakin, tərəflərin arasında yaranmış mübahisə evdən istifadə qaydaları ilə bağlıdır. Belə ki, hazırki iş üzrə Zərərçəkmiş şəxs Quba Rayon Məhkəməsində “evə köçürülmə” tələbi ilə bağlı iddia irəli sürmüşdür. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2(027)-1012/2020 saylı qətnaməsi ilə Zərərçəkmiş şəxs iddiası təmin edilmiş və Zərərçəkmiş şəxs azyaşlı uşaqları ilə birlikdə Quba rayonu, Zizik kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2019-cu il tarixli çıxarışla X4 məxsus 142.2 kv.metr sahəsi olan evə köçürülməsi qərara alınmışdır. Quba rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2(027)-1012/2020 saylı qətnaməsi evə köçürülmə tələbi ilə bağlı olmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 3(027)-890/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi müəyyən olunmur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmiş, icra sənədini icra etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-193/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-193/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver