Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-1931/2023 11.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlu, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokollar üzrə 3(027)-1917/2023 saylı və 3(027)-1918/2023 nömrəli inzibati xəta haqqında işləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə X1 barəsində tərtib edilmiş Quba RPŞ-nin İTB-nin MN ******* nömrəli xx.xx.2023-cü il tarixli və MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN ******* nömrəli xx.xx.2023-cü il tarixli və MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollarda qeyd edilir ki, X2 xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində ictimai yerdə ucadan nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətlərinə yol vermiş və polis əməkdaşlarının qanuni tələblərini qəsdən yerinə yetirməyərək tabesizlik nümayiş etdirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Hesab edirəm ki, X2 oğlunun eyni vaxtlarda törətdiyi göstərilən inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Beləliklə, hesab edirəm ki, X2 oğlu barəsində Azərbaycan Respublikası İXM-in 510cu maddəsi ilə MN ******* nömrəli xx.xx.2023-cü il tarixli və Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsi ilə MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında işlər 3(027)-1932/2023 nömrə altında bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55,114.2.3, 115,128-130 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə MN ******* nömrəli xx.xx.2023-cü il tarixli protokol üzrə 3(027)-1931/2023 nömrəli inzibati xəta haqqında və Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə MN MN ******* nömrəli xx.xx.2023cü il tarixli protokol üzrə 3(027)-1932/2023 inzibati xəta haqqında işlər 3(027)-1932/2023 nömrə altında bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-1931/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-1931/2023
11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver