Məhkəmə qərarları › İş №3(027)-1932/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1932/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1932/2023 11.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə Quba RPŞ-dən X6 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, X6 xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində ictimai yerdə ucadan nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətlərinə yol vermiş və polis əməkdaşlarının qanuni tələblərini qəsdən yerinə yetirməyərək tabesizlik nümayiş etdirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci və maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli həmin inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə MN ******* nömrəli xx.xx.2023-cü il tarixli protokol üzrə 3(027)-1931/2023 nömrəli inzibati xəta haqqında və Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə MN ******* nömrəli xx.xx.2023-cü il tarixli protokol üzrə 3(027)-1932/2023 inzibati xəta haqqında işlər 3(027)-1932/2023 nömrə altında bir icraatda birləşdirilərək eyni vaxtda baxılması qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 özünü Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, işıqforun qırmızı işığında xətti tapdalayıb dayandığına görə ona 3 bal qeyd edilməklə cərimə hesablanmışdır. Bununla bağlı narazı olmuş və balın haqsız yazıldığından Quba RPŞ-nin TŞK-nın Emil adlı əməkdaşından şikayətçi olacağını qohumuna bildirmişdir. Qohumu isə bu barədə Emil adlı şəxsə bildirmiş, sonuncu ona zəng edib bal və cərimə yazılan gün növbədə olmadığını, cərimənin onun tərəfindən yazılmadığını bildirərərək, niyə ondan şikayət etmək istədiyini soruşmuşdur. O da Emilə qırmızı işıqda keçmədiyini və haqsız yerə cərimənləndiyini bildirərək yüksək səslə irad bildirmişdir. Həmin vaxt o Emili söyməmişdir. xx.xx.2023-cü tarixdə ailəsi ilə birlikdə evdən çıxan zaman bir avtomobil qarşısını kəsmiş və avtomobildən düşən mülki geyimdə iki nəfər yaxınlaşaraq onlarla polis şöbəsinə getməsini demişdir. O, əvvəl ailəsini qayınatasıgilə aparıb, sonra onlarla şöbəyə gedəcəyini bildirmişdir. Ailəsini düşürdükdən sonra həmin iki nəfərdən biri onun avtomobilinə əyləşmiş və onlar polis şöbəsinə getmişlər. Polis şöbəsində ona Emil adlı əməkdaşla bağlı məsələyə görə irad bildirərək hədələmişlər. Sonra isə guya polis əməkdaşlarını söyməsi və onlara tabesizlik göstərməsi səbəbilə barəsində raport yazıb Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci və maddələri ilə inzibati xəta haqqında protokollar tərtib etmişlər. O söyüş söyməmişdir. Emil adlı şəxsin polis əməkdaşı olmasını bilməmiş, Quba RPŞ-nin TŞK-da kameralara nəzarət edən şəxs kimi bilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X5 bildirdi ki, X6 barəsində daxil olmuş şikayətlə bağlı Quba RPŞnin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili Mirəziz Hüseynzadə tərəfindən araşdırma aparılarkən Mirabbas Abbasov xx.xx.2023-cü tarixdə saat 11 radələrində işlədiyi ofisin qarşısında polis əməkdaşlarını söyüb onlara tabesizlik göstərmişdir. Məhkəmə iclasında şahid Quba RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili X7 bildirdi ki, X3 polis əməkdaşını təhqir etməsi barədə məlumat daxil olmuşdur. Araşdırmaq üçün xx.xx.2023-cü tarixdə əməkdaş X4 ilə Mirabbas Abbasovun işlədiyi H.Əliyev prospektində yerləşən ofisinə getmişlər və polis şöbəsinə dəvət etmişlər. Mirabbas Abbasov onlarla kobud danışmış və təhqiramiz sözlərdən istifadə edərək polis şöbəsinə getməkdən imtina etmişdir. Onlar məcbur olub qolundan tutub şöbəyə aparmışlar. Məhkəmə iclasında şahid Quba RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili X4 analoji izahat verərək X7 bildirdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid Emil Məmmədov bildirdi ki, X3 qohumu ona zəng edərək, cərimə yazıldığına görə Mirabbasın ondan şikayət edəcəyini bildirmişdir. O da özü Mirabbasa zəng edib ona cərimə yazmadığını bildirmişdir. Mirabbas ona irad bildirərək söyüş söymüşdür. Mirabbası Quba sakini kimi tanıyır, başqa münasibətləri yoxdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, X1 söyməsi və xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşır və bu ifadəni məsuliyyatdən boyun qaçırmaq məqsədi ilə verdiyi və özünümüdafiə xarakter daşıdığı barədə nəticəyə gəlir. Belə ki, Quba RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı X9 RPŞ-nin rəisinə olan raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə Quba RPŞ-nin TXŞnin operatoru, polis kiçik serjantı Emil Məmmədovun raportu daxil olmuşdur. Raportda xx.xx.2023-cü il tarixdə Abbas adlı şəxsin ***-***-**-** mobil nömrəsindən ona zəng edərək idarə etdiyi “Mercedes” markalı **-XQ-*** d.q.n-lı avtomobilinə TŞ kameraları vasitəsilə cərimə yazdığını əsas gətirərək onun ünvanına nalayiq ifadələrlə söyüş söyməsi, təhqiredici sözlərdən istifadə edərək ona hədə-qorxu gəlməsi göstərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində CAB-ın əməliyyat müvəkkilləri polis polkovnik-leytenantı Fuad Vəliyev və polis leytenantı Asiman Mirzəliyevlə Şəxs izahatının alınmasından ötrü Quba RPŞ-yə dəvət etmək üçün Quba şəhəri Heydər Əliyev prospektində yerləşən ofisinə getmişlər. Şəxs özlərini təqdim edərək baş vermiş məsələnin araşdırılması və izahatının alınması üçün Quba RPŞ-yə dəvət etmişlər. Bu zaman o nalayiq ifadələr işlədərək söyüş söyməyə başlamış və etdiyi hərəkətin doğru olmasını bildirmişdir. X14 sakitləşdirərək nizam-intizama dəvət etmişlər, lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq yenidən uca səslə nalayiq ifadələr işlətməklə ictimai asayişi pozmaqda davam etmiş və bununla da ətrafındakı şəxslərin öz hərəkətləri ilə diqqətini çəkməyə çalışmışdır. Onlar həmin şəxsi bir neçə dəfə nizam-intizama çağırsalar da sonuncu onların sözlərinə məhəl qoymadığı üçün və onlara müqavimət göstərdiyi üçün Quba RPŞ-yə aparmışlar. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X3 himayəsində xx.xx.2016-cı il təvəllüdlü Miryusif adında uşağı vardır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 törətdiyi əməli qismən etiraf etməsini, himayəsində azyaşlı uşağın olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən, Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hazırki halda X3 hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, X6 xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman sonuncuları ictimai yerdə təhqir edərək xırda xuliqanlıq etmiş və bu hərəkətlərinə son qoyması, ictimai qaydanı pozmaması barədə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə X3 hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər, yəni İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə saat 13:30-da inzibati qaydada tutulmuş, və həmin gün azad edilmişdir. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə ona 535.1-ci maddədə nəzərdə tutulmuş 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar