Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1935/2023 24.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, X8 oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 və Quba rayon X10 yol polisi bölməsi yol-patrul xidmətinin əməkdaşı X7 iştirakı ilə, X2 İnzibati tənbeh vermə haqqında 07 avqsut 2023-cü il tarixli, TP ******* №li qərarından verilmiş şikayətə baxaraq, müəyyənetdim: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 334.1 və 329.3-cü maddələri ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərar ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 05 avqust 2023-cü il tarixdə idarə etdiyi “Opel Astra” minik markalı, 50EF825 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu Alpan kəndinə gedirdi. Quba rayonu Alpan kəndi ərazisində idarə etdiyi avtomobili yol patrul xidməti əməkdaşları saxladılar. Ondan içkili olub-olmadığını soruşdular, o, içkili olmadığını bildirdi. Lakin buna baxmayaraq onun barəsində 07 avqust 2023-cü il tarixli, TP ******* nömrəli qərar tərtib edilmiş və 500 manat məbləğində cərimə edilmişdir. Bildirmək istəyir ki, onun barəsində protokol tərtib edilərkən o nə xüsusi texniki vasitə ilə, nə də sərxoşluqla bağlı tibbi müayinədən keçməmişdir. Barəsində tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Belə ki, Azərbayean Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 2.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Tərtib edilmiş qərardan da göründüyü kimi o, protokolla razı olmadığını qeyd etmişdir. Qaydaların tələbindən də göründüyü kimi mübahisə olduqda şəxs tibbi müayinəyə göndərilir və bu baxımdan tibbi müayinənin sənədi mötəbər sübutdur. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 şikayəti müdafiə edərək bildirdi ki, idarə etdiyi avtomobili yol patrul xidməti əməkdaşları saxlayanda ailəsi maşında olmuşdur. Şikayətində göstərdiyi kimi həmin vaxt o, içkili olmamışdır. Onun barəsində protokol tərtib edilərkən o nə xüsusi texniki vasitə ilə, nə də sərxoşluqla bağlı tibbi müayinədən keçməmişdir. Polisin çıxardığı qərarı ləğv edib onun hüququnun bərpa edilməsini xahiş edir. Məhkəmədə Quba rayon X10 yol polisi bölməsi yol-patrul xidmətinin əməkdaşı X9 bildirdi ki, 05 avqust 2023-cü il tarixdə saat 00:30-da X4 OPEL ASTRA minik markalı, **- EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən onu Quba RPŞ-nin DYP əməkdaşı X1, həmin vaxt Əbilfərz Mursalovun avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 329.3-cü maddələri ilə təqsirli bilinərək, 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan alkoqollu içkidən istifadə edib-etməməsinin müəyyən edilməsi ilə bağlı polis əməkdaşının xx.xx.2023-cü il tarixli alkotestr məlumatından görünür ki, X3 aşkar olunan alkoqolun miqdarı 0,884 %-dir. Şikayət vermiş şəxsi və Quba RPŞ-nin DYPB-nin yol-patrul xidmətinin əməkdaşını dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 05 avqust 2023-cü il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Bu hal iş materiallarına əlavə olunmuş polis əməkdaşının xx.xx.2023-cü il tarixli alkotestr qəbzi ilə təsdiqini tapmışdır. Buda onu göstərir ki, X4 qərarda göstərilən inzibati xətanı törətmişdir. Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 334.1 və 329.3-cü maddələri ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X2 barəsində Azərbaycan Respublikası İXM-nin 334.1 və 329.3-cü maddələri ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-1935/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1935/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver