Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1936/2023 14.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1952-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Quba RPŞ-nin İTB-nın polis sahə rəisi, polis mayoru, X13 tərəfindən tərtib olunmuş MN ******* №li nömrəli, Şəxs xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, 03 iyun 2023-cü il tarixdə Quba rayon, Mirzəqışlaq kəndində Zərərçəkmiş şəxs 500 manat dəyərində buğda taxılından olan əmlak hüquqlarını əldə etməklə talamışıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında 27 mart 2023-cü il tarixdə Quba rayon Mirzəqışlaq kənd sakini X3 torpaq sahəsi aldığını, Hacı da buğdanı ona “sən biçərsən” dediyini, Hacının razılığı ilə 40 sot yeri qohumu Bəxtiyarın biçdiyini torpaq sahəsini də rəsmi qaydada Bəxtiyara satdığını bildirmişdir. Göstərilənləri nəzərə alıb inzibati material üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək, Şəxs ona məxsus taxıl sahəsindəki otu icazəsiz aparmaqla ona 500 manat məbləğində ziyan vurduğunu, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, ona görə də məhkəmənin onun iştirakı olmadan keçirilməsi, ona vurduğu ziyanı hal-hazıra qədər ödəmədiyini nəzərər alaraq, Şəxs cəzalandırılmasını və ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Quba RPŞ-nin Təqhqiqat Bölməsinin təhqiqatçısı X2 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 13 iyun 2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Şəxs, Zərərçəkmiş şəxs Quba rayon, Mirzəqışlaq kəndi ərazisində yerləşən taxıl sahəsində əkdiyi 500 manat dəyərində buğda taxılına olan əmlak hüquqlarını əldə etməklə taladığı üçün əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsinin tərkibi olduğunu, belə olan halda Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, qərarın surəti maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Quba rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə reyestrdə AN-İ seriyalı ******* nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsindən görünür ki, X8, X14, X4, X10 və X11 tərəfindən ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 2.83 ha olan torpaq sahəsini Şəxs satılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Şəxs adına verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli çıxarışdan görünür ki, Quba rayonunda yerləşən 2,7793 ha torpaq sahəsi Şəxs adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Quba RPŞ-nin Təqhqiqat Bölməsinin təhqiqatçısı X2 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 13 iyun 2023-cü il tarixli qərarından görünür ki, Şəxs X3 27 mart 2023-cü il tarixdə aldığı Quba rayon, Mirzəqışlaq kəndi ərazisində yerləşən 2,83 ha torpaq sahəsini 25 may 2023-cü il tarixdə qohumu X5 Quba şəhəri, H.Əliyev prospektində yerləşən Quba regional “ASAN Xidmət” notariat ofisində etibarnamə ilə satmış, həmin torpaq sahəsində yerləşən taxılı Bəxtiyar Abasov quru ot məhsulu əldə etmək məqsədilə biçib bağlatdıraraq öz həyətinə aparmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə reyestrdə AN-İ seriyalı ******* nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsindən göründüyü kimi, X8, X14, X4, X10 və X11 tərəfindən ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 2.83 ha olan torpaq sahəsini 33000 manat qiymətinə Şəxs satmışlar. Həmin alqı-satqı müqaviləsində başqa hər hansı şərt göstərilməmişdir. Eyni zamanda Şəxs da həmin torpaq sahəsini 25 may 2023-cü il tarixdə etibarnamə ilə qohumu X1, həmin torpaq sahəsində yerləşən taxılı da Bəxtiyar Abasov biçib, öz həyətinə aparmışdır. Göründüyü kimi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində İXM-nin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 106, 110- 118 və 128-133-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-1936/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1936/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver