Məhkəmə qərarları › İş №3(027)-196/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-196/2022

10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-196/2022 10.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Quba regional Ərazi şöbəsi tərəfindən tərtib edilmiş 10 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan "xxxx" MMC-nin direktoru X3 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Quba regional Ərazi şöbəsinin MN ******* saylı 10.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Quba regional Ərazi şöbəsinin MN ******* saylı 10.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarı ilə X2 qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cərimənin tətbiq edilməsinə səbəb güya işə götürən tərəfindən əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinmişdir. Hesab edirik ki, "xxxx" MMC-nin direktoru X3 tərəfindən hazırki inzibati xəta törədilməmişdir. Belə ki, 25.05.2021-ci il tarixində "xxxx" MMC ilə “Şaving İnşaat MMC arasında “xeiyr-şər evi”-nin tikinti işlərinin aparılması üçün podrat müqaviləsi bağlanmışdır. Müqavilənin bağlanmasına baxmayaraq "xxxx" MMC tərəfindən “Şaving İnşaat MMC-dən işlər və xidmətlər təhvil alınmamışdır. "xxxx" MMC “xeiyr-şər evi”-nin tikinti işləri aparmaq məqsədi ilə ərazi ilə tanış olmaq, əraziyə baxış keçirmək və işlərin planlaşdırılması üçün tədbirlər görmək niyyətində olub. Lakin görüləcək işlərin başa çatdırılacağına əmin olmadığına görə işi təxirə salmışdır (işə başlamamış). Bununla əlaqədər olaraq "xxxx" MMC “xeyir-şər evi”-nin tikinti işlərini aparmaq üçün ehtiyac olmadığına görə hər hansı bir işçini işə qəbul və ya işə cəlb etməmişdir. Hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə müdafiə etmək və həmin qərarla tam razı olmadıqları üçün hazırda şikayət vermişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Quba regional Ərazi şöbəsi tərəfindən tərtib edilmiş 10 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan "xxxx" MMC-nin direktoru X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Quba regional Ərazi şöbəsi tərəfindən tərtib edilmiş 10 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin, Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Quba regional Ərazi şöbəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Quba regional Ərazi şöbəsi tərəfindən tərtib edilmiş 10 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Ona görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Quba regional Ərazi şöbəsi tərəfindən tərtib edilmiş 10 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan "xxxx" MMCnin direktoru X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Quba regional Ərazi şöbəsi tərəfindən tərtib edilmiş 10 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan "xxxx" MMC-nin direktoru X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar