Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1970/2023 24.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili X5 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Quba rayonu, Zərdabi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, Zərdabi kəndində qeydiyyatda olan və yaşayan (X4 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs oğlu xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Quba rayon Zərdabi qəsəbəsində evin qarşısında qonşusu Zərərçəkmiş şəxs ayağına daşla vuraraq xəsarət yetirmişdir. Bununla bağlı Quba rayon Polis Şöbəsinin sahə rəisi X6 tərəfindən Şəxs barəsində 23 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, onun yaşadığı evin qonşuluğunda Rafiqin evi var, lakin həmin evdə yaşayış yoxdur. Rafiq onunla mütəmadi olaraq mübahisə etmiş, hətta onu təhqir etmişdir. Sonuncu dəfə mübahisə 26 iyun 2023-cü il tarixdə təxminən saat 13 radələrində yaşadıqları evin qarşısında baş vermişdir. Mübahisənin səbəbi Rafiqin onu təhqir etməsi olmuşdur. Bu vaxt mübahisə zamanı o, Rafiqin arxası ilə daş atmış, lakin daşın ona dəymədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X7 hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 27 iyun 2023-cü il tarixdə təxminən saat 13 radələrində yaşadıqları evin qarşısında Sevinc uca səslə onu təhqir etməyə başlamışdır. O, Sevincin səsinə çıxmış və ona heçnə demədən oradan uzaqlaşmışdır. O, oradan uzaqlaşan zaman Sevinc onun arxasınca daş atmış və həmin daş sağ ayağına dəymişdir. Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin sahə rəisi X11 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı polis kapitanı X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, X1 əmlində cinayət tərkibi deyil, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Bundan əlavə hədələmə ilə bağlı fakt öz təsdiqini tapmamışdır. Ona görə də, X1 barəsində cinayət işinin başlanılması rədd edilməli, qərarın surəti onun barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü RPŞ-in İTB-nə göndərilmişdir. İş materiallarında olan Məhkəmə-tibb ekspertizasının 20 iyul 2023-cü il tarixli 471 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşkar olunan xəsarət-sağ baldırın aşağı 1/3-nin ön-iç səthində əzilmiş yara əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 27 iyun 2023-cü il tarixə uyğun gəlir. , bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan bədən xəsarətləri növünə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Şəxs oğlunun əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs oğlunun törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs oğlu 300 (üç yüz) manat miqdarında cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-1970/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1970/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver