Məhkəmə qərarları › İş №3(027)-1981/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1981/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1981/2023 08.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə xx.xx.1957-ci ildə Dəvəçi rayonu, Zeyvə kəndinə anadan olmuş, Şabran rayonu, Zeyvə kəndində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs Məhəmməd oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Məhəmməd oğlu xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində idarə etdiyi “VAZ21213” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşınla Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bu barədə Quba RPŞ-nin X4 Bölməsinin əməkdaşı X2 tərəfindən xx.xx.2023-cü il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Məhəmməd oğlu bildirdi ki, 12 may 2023-cü il tarixdə, saat 15 radələrində qaraşı Məmməd ilə birlikdə atasının idarə etdiyi “VAZ 21213” (Niva) markalı, 17-BD249 dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları evdən çıxaraq Quba rayonu, Zərqova kəndinə getmişlər. Saat 18:30 radələrində oradan qaqyıdarkən. Qabaq oturacaqda o, arxa oturacaqda Məmməd əyləşmişdir. Onlar evə uzun asfalt yolla getməmək üçün Zərqova kəndindən Çiçi kənd yoluna düşən meşə ərazisindən keçən qısa torpaq yolla getmişlər. Saat 19 radələrində Zərqova kəndi ərazisində yerləşən həmin meşə ərazisindən keçən torpaq yolla sərt enişi düşmüşlər. Zərqova kəndinə məxsus mal-qara axşam düşdüyü üçün meşədəki torpaq yola çıxaraq bir-bir həmin kəndə tərəf getmişdir. Həmin vaxt qırmızı rəngli inək qəflətən avtomobilin qarşısına çıxdığından o, idarə etməni itirmiş və avtomobil yoldan sağ tərəfdə yerləşən düzən yerə çıxaraq sürət almağa başlamışdır. Yolun hərəkət hissəsindən çıxan avtomobil düzən yerlə təxminən 25-30 metr getdikdən sonra düzən yer bitdiyi üçün kol-kosa daxil olmuşdur. Düzən yerdə sürət alan avtomobil kol-kosa daxil olarkən böyük yemişan ağacına qabaq sol tərəfdən dəyərək dərəyə (yatağa) aşmaqla arxası üstə dayanmışdır. Qafar qapını açaraq çıxmış və kömək edərək əvvəlcə onu, sonra isə Məmmədi avtomobildən çıxarmışdır. Onlar piyada Çiçi yoluna düşmüş və yoldan keçən tanımadıqları avtomobili saxlayıb xahiş edərək yaşadıqları evə sürdürmüşlər. O sinəsindən və sol gözündən. Məmməd burnunundan xəsarət almışdır. Qafar isə heç bir xəsarət almamışdır. Evdə olarkən Məmmədin burnundan axan qan dayanmadığı üçün bir neçə saatdan sonra onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Həmin vaxt Qafar DİN-nin "102" xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Məhəmməd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Əliyev Rasim oğlu tərəfindən qəbul edilmiş 21 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qızı isə dərəcəsi təyin olunmayan bədən xəsarətləri almışlar. Göründüyü kimi, Şəxs Məhəmməd oğlunun əməlində cinayət tərkibi deyil, AR İXM-nin 327.8 maddəsinin tərkibi vardır. Ona görə də Şəxs Məhəmməd oğlunun barəsində cinayət işinin başlanılması rədd edilməli, qərarın surəti onun barəsində AR İXMnin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilməlidir Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi cəzaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi Şəxs Məhəmməd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs Məhəmməd oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs Məhəmməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə q ə r a r a a l d ı: Şəxs Məhəmməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar