Məhkəmə qərarları › İş №3(027)-199/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-199/2023

21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-199/2023 21.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib etmiş X1 Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Quba rayonu, Zərdabi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayonu, İİ Zərdabi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyənetdi: xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs 18 dekabr 2022-ci il tarixdə, təxminən saat 15:30 radələrində Zərdabi qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus iaşə obyektində sonuncunun satdığı “poz qazan” lotoreyalarından 15 ədəd 10 manatlıq və 20 ədəd 5 manatlıq, cəmi 250 manat dəyərində lotoreyanı etibardan suiistifadə edib aldatma yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 18 dekabr 2022-ci il tarixdə, təxminən saat 16:00 radələrində Quba rayonu Zərdabi qəsəbəsində Toğrulun işlətdiyi obyektə getmişdir. Toğrul ona 15 ədəd 10 manatlıq “poz qazan” lotoreyası qaldığını bildirdikdə, lotoreyanı pozduqdan sonra pulu verəcəyini demiş və 20 ədəd 5 manatlıq lotoreyaları götürmüşdür. Həmin lotoreyaları pozmuş və sonra pulunu verəcəyini bildirmişdir. Daha sonra Toğrula pulunun olmadığını və sonra verəcəyini demişdir. Təxminən bir saat sonra qohumları zəng edərək, Toğrulun pulunu vermədiyini soruşmağa başlamışlar. Onun qohumlarına zəng edib dediyi üçün əsəbləşmiş və onun pulunu verməkdən imtina etmişdir. İmkanı olmadığı üçün Toğrulun pulunu verə bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 18 dekabr 2022-ci il tarixdə təxminən saat 15:30 radələrində Zərdabi qəsəbəsində yerləşən özünə məxsus iaşə obyektinə qəsəbə sakini İlyasov Şəxs gələrək satdığı “poz qazan”’ lotereyalarından 15 ədəd 10 manatlıq və 20 ədəd 5 manatlıq lotoreya götürərək pulunu lotoreyaları pozduqdan sonra verəcəyini bildirmişdir. Lakin İmran lotoreyaları pozduqdan sonra heç bir uduş qazanmadığını demişdir. Pulunu istədikdə isə o, müxtəlif bəhanələr gətirərək daha sonra verəcəyini demişdir. Təxminən saat 19:00 radələrində pulunu istəmək üçün mobil nömrəsinə zəng etmişdir. İmran onu təhqir edərək hədələmişdir. İmran bu günə kimi onun pulunu verməmişdir. Məhkəmə iclasında Quba rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi X2 izahatında bildirdi ki, Şəxs 21 fevral 2023-cü ildə dəvət edilməklə barəsində protokol tərtib edilmişdir. Müdafiəçi təqdim olunsa da, inzibati qaydada tutulmamışdır. İş materialarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 yanvar 2023-cü il tarixli qərarın surətindən göründüyü kimi, hazırki material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs dələduzluq yolu ilə özgəsinin əmlakını talamaqla Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq həmin maddəilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları və təqsirinin dərəcəsini, zərərin ödənilməməsini nəzərə alaraq barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 21 fevral 2023-cü il tarixdə saat 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar