Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1996/2023 28.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokolu tərtib edən X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Quba şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 10 manat olan 21 ədəd lotoreyanı gizli talamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs X1 izahatında bildirmişdir ki, Quba şəhəri. Sabir küçəsi ev 35-də yaşayan Zərərçəkmiş şəxs 27 iyul 2023- cü il tarixdə Quba RPŞnə ərizə ilə müraciət edərək 25 iyul 2023-cü il tarixdə, ona məxsus olan və satdığı 21 ədəd lotoreyanın Şəxs tərəfindən oğurlandığını bildirərək Şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Daxil olmuş məlumat RPŞ-nın törədilmiş və ya hazırlanan cinayətlər barədə qediyyat kitabına HK-1/1832 nömrə ilə qeydə alınaraq icraatına daxil olmuşdur. Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, fərdi əməklə məşğul olur və 25 iyul 2023-cü il tarixdə, saat 15 radələrində Quba şəhəri, H.Əliyev prospektində Elmarın işlədiyi lotoreya satılan yerə yaxınlaşmış, alıcıların çox olmasından istifadə edərək ondan 19 ədəd 10 manatlıq «poz qazan» lotoreyasını oğurlamışdır. Lakin bunu Elmar bilməmiş, özü oğurluq edən zaman sərxoş olmuş və pozduqdan sonra ümumlikdə 20 manat pul uduşu qazanmışdır. 27 iyul 2023-cü il tarixdə, təxminən saat 14:40 radələrində yenidən lotoreya satan şəxslərin yanına gəlmiş, yenə də qarışıqlıqdan istifadə edərək satış rəfindən 40 ədəd 3 manatlıq «poz-qazan» lotoreyası oğurlamışdır. Lakin həmin vaxt Elmar görmüş və həmin lotoreyaları ondan geri götürərək onu oradan qovmuşdur. Elmara 25 iyul 2023-cü il tarixdə ümumilikdə 210 manat ziyan vurmuşdur. İfadəsinin sonunda əməldən peşman olduğunu və barəsində həbslə əlaqəli olmayan tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Quba şəhərində bazarın yaxınlığında, yəni H.Əliyev prospekti, “İrşad elektroniks” mağazasının yanında «Azərlotoreya» satışı ilə məşğul olur. 25 iyul 2023-cü il tarixdə, təxminən saat 15 radələrində 21 ədəd lotoreyanın oğurlandığını aşkar etmiş, kim tərəfindən oğurlandığını bilməmişdir. 27 iyul 2023-cü il tarixdə, təxminən saat 14 radələrində 40 ədəd 3 manatlıq lotoreyanın sonradan adını bildiyi Şəxs arxa cibindən götürmüşdür. Ondan həmin lotoreyanı niyə oğurladığını soruşduqda, o, həmin lotoreyaları ona qaytarmışdır. O, Elvindən oradan uzaqlaşmasını tələb etmişdir. Əvvəlki oğurluq nəticəsində ona 210 manat dəyərində maddi ziyan dəymişdir və hazırda dəymiş zərər ödənilməmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 06 avqust 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, Şəxs oğurlama yolu ilə özgə əmlakını talamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Törətdiyi əməl düzgün olaraq qeyd edilən maddə ilə tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Şəxs evli olmaqla himayəsində xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqları vardır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları və təqsirinin dərəcəsini, zərərin ödənilməməsini nəzərə alaraq barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin tutulduğu vaxtdan, yəni 27 avqust 2023-cü il tarixdə saat 11:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 23 (iyirmi üç) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 27 avqust 2023-cü il saat 11:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-1996/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1996/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver