Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-200/2021 11.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X5 iştirakı ilə X5 Quba rayon YPX-nin inspektoru E.İsmixanovun xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X5 Quba rayon YPX-nin inspektoru E.İsmixanovun xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X5 rəsmi qeydiyyatda olduğu yer Qusar rayonu Qənərçay kəndidir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətlərinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 129 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X5 Quba rayon YPX-nin inspektoru E.İsmixanovun xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi şikayəti üzrə material baxılması üçün aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə göndərilsin. Hakim: İlqar Məmmədov İş № 2(060)-4390/2018 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU SUMQAYİT ŞƏHƏR MƏHKƏMƏSİ Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Haçıyeva Yeganə Müslüm qızının katibliyi ilə Sumqayıt şəhərində Sumqayıt Şəhər Məhkəməsinin binasında xx xxx 2018-ci il X2 X1 qarşı «pul və vurulmuş mənəvi ziyan tələbinə» dair mülki işə acıq məhkəmə baxışı İclasında baxılır. İclas saat 10.45-da başlandı. Məhkəmə İclasının katibi məruzə edərək bildirdi ki, məhkəmə İclasına işdə iştirak edən şəxslər gəlmişlər. Sədrlik edən İddiaçının şəxsiyyətini müəyyən etdi: X12-xx.xx.1974-çü ildə Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olmuş, Sumqayıt şəhəri, 12-ci m/rayon, ev 22, mənzil 38-də qeydiyyatda olan. Sədrlik edən Cavabdehin şəxsiyyətini müəyyən etdi: X9-xx.xx.1984-çü ildə Tərtər rayonunun Bayandur kəndində anadan olmuş, Tərtər rayonu, Bayandur kəndində qeydiyyatda olan (Şəxsiyyət vəsiqəsinin seriyası AZE N 07289557). Sədrlik edən məhkəmənin tərkibini, məhkəmə İclasının katibini elan etdi. Sədrlik edən-hakim: Məmmədov İlqar Aslan oğlu Məhkəmə İclas katibi: Haçıyeva Yeganə Müslüm qızı Sədrlik edən tərəflərə onların hakimə, məhkəmə İclasının katibinə etiraz etmək hüquqlarını izah etdi. Tərəflərin etirazı olmadı. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, hazırki iş üzrə Cavabdeh X3 Tərtər rayonu, Bayandur kəndində qeydiyyatda olduğu ücün işə Tərtər rayon məhkəməsində baxılmalıdır. Sədrlik edən mülki işin Tərtər rayon məhkəməsinə göndərilməsi barədə tərəflərin fikrini soruşdu. S/Ç-İddiaçı Ə.Əliyeva: Mülki işin Tərtər rayon Məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxıram. S/Ç-Cavabdeh X.Zeynalova: Mülki işin Mülki işin Tərtər rayon Məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxıram. Sədrlik edən müşavirə otağına getdi qayıtdıqda iş üzrə qərardadı elan etdi. Sədrlik edən məhkəmə baxışı İclasını bağlı elan etdi. SƏDRLİK EDƏN: AZƏRBAYCAN RESPUBLİKASİ QUBA RAYON MƏHKƏMƏSİ AZ 4000, Quba şəhəri, Heydər Əliyev prospekti Tel: (02333) 5-62-62, Faks: (02333) 5- 62-63 www.gubacourt.gov.az Elektron ünvan İş № 2(027)-557/2021 xx xxxx 2021-ci il Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə İddiaçı “Azəriqaz” İB-nin cavabdeh X10 qarşı «dəymiş zərərin və debitor borcun ödənilməsi tələbinə» dair iddia ərizəsi üzrə 2(027)-557/2021 saylı mülki iş ərazi aidiyyatı üzrə baxılması ücün Sizə göndərilir. Qoşma: Qərardad 01 vərəqə. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-200/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-200/2021
11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver