Məhkəmə qərarları › İş №3(027)-2018/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-2018/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-2018/2023 04.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakimi Babayev Aydın Vahid oğlu, X1 Ağcabədi rayon DYP-nin xx.xx.2021-ci il tarixli İXP ******* saylı və Siyəzən rayon DYPnin xx.xx.2023-cü il tarixli İXP5229669 Protokolunun, bu protokollar əsasında qəbul edilmiş Qərarların ləğv edilməsi və elektron portaldan silinməsi üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə məcburi qaydada həyata keçirilməsi üçün qərar qəbul edilməsi barədə şikayətini nəzərdən keçirib, müəyyən etdim: İş materiallarında olan sənədlərdən görünür ki, X2 "Mitsubishi outlander" markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomaşına tərtib edilmiş Ağcabədi rayon DYP-nin xx.xx.2021-ci il tarixli İXP ******* saylı və Siyəzən rayon DYP-nin xx.xx.2023-cü il tarixli İXP5229669 Protokolunun, bu protokollar əsasında qəbul edilmiş Qərarların ləğv edilməsi və elektron portaldan silinməsi üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə məcburi qaydada həyata keçirilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inzibati xəta haqqında qərarlardan verilmiş şikayət və əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, şikayətçi tərəfindən qeyd olunan protokolların ləğv edilməsi xahiş edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ vardır, Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Habellə protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi xahiş olunsa da, qərarlar barədə məlumatlar qeyd edilməmiş və şikayətə həmin qərarların surətləri əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X1 Ağcabədi rayon DYP-nin xx.xx.2021-ci il tarixli İXP ******* saylı və Siyəzən rayon DYPnin xx.xx.2023-cü il tarixli İXP5229669 Protokolunun, bu protokollar əsasında qəbul edilmiş Qərarların ləğv edilməsi və elektron portaldan silinməsi üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə məcburi qaydada həyata keçirilməsi üçün qərar qəbul edilməsi barədə şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar