Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-203/2022 14.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Şabran rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şabran rayon DYPB-nin patrul xidməti inspektoru X1 tərəfindən tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs barəsində qəbul edilmiş inzibati cərimə növündə qərarı, qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İşə baxılmasının yeri və vaxtı barədə, protokolu tərtib edən Azərbaycan Respublikası Şabran rayon Polis Şöbəsinə məlumat verilsə də, məhkəmə iclasına, protokolu tərtib edən Azərbaycan Respublikası DİN-nin Şabran rayon Polis Şöbəsinin nümayəndəsi gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Belə olan halda, məhkəmə işə, protokolu tərtib edən Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN-nin Şabran rayon Polis Şöbəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, məhkəməyə verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xətaya görə 60 manat məbləğində cərimə olunmuş, həmin cəriməni ödəməmiş və hazırda dəbbə pulu ilə birgə 96 manat pulu ödəməmişdir. Yaxın vaxtda cəriməni və dəbbə pulunu ödəyəcək. Məhkəmədən bunu nəzərə almağı xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan Şabran rayon Polis Şöbəsinin VEB sistemindən çıxarışdan görünür ki, Şəxs 03.07.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və 60 manat məbləğində cərimə olunmuş, həmin cəriməyə 36 manat dəbbə pulu hesablanmışdır. Beləliklə Şəxs istinad edilən inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı işdə olan sənədlərlə tam sübut olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə toplanmış sübutları tədqiq edib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qanuna və daxili inamına əsasən qiymətləndirib belə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən Şəxs inzibati qaydada tənbeh edilməlidir. Beləliklə hesab edirəm ki, inzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbehinin təyin edilməsi məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq qərara a l d ı m: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-203/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-203/2022
14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver