Məhkəmə qərarları › İş №3(027)-2031/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-2031/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-2031/2023 04.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş materiallarını araşdırıb, m ü ə y y ə n e t d i m: Quba rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 03 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və 04 sentyabr 2023-cü il tarixdə baxılması üçün aidiyyatı üzrə Quba Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun və ona əlavə olunmuş materialların Azərbaycan Respublikasının İXM-nin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etdim ki, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 18:45 radələrində Quba şəhəri, Bakı küçəsində vətəndaş Şəxs qanunsuz olaraq əldə edib üzərində saxladığı şəxsi istehlak miqdarında, yəni 0,41 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi axtarış zamanı aşkar edilməsinə görə protokol tərtib edilmişdir. Lakin həmin protokola məhkəmə-bioloji ekspertizasının rəyi əlavə olunmamışdır. Bundan başqa inzibati xəta haqqında protokolda Şəxs narkotik vasitə və ya psixotrop maddələri istehlak etməsi göstərilməsə də, xx.xx.2023-cü il tarixli, 312 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt tərtib olunmuş və həmin aktda Şəxs müayinə zamanı yüngül dərəcə sərxoş olması göstərilmişdir. Lakin inzibati xəta haqqında protokola əlavə olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi barədə 02 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Şəxs 01 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismindən azad edilmiş, xx.xx.2023-cü il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuş, azad edilmə tarixi göstərilməmiş, xx.xx.2023-cü il tarixdə sərxoşluğun müayinəsi zamanı “yüngül dərəcə sərxoş” olmuşdur. Göstərilənlərə əsasən hesab edirəm ki, xx.xx.2023-cü il tarixli, 312 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin aktda müayinənin xx.xx.2023-cü il tarixdə aparıldığı göstərilir. Şəxs isə xx.xx.2023-cü il tarixdə saxlanılmış və polisin nəzarəti altında olmuşdur. Şəxs narkotik vasitəni xx.xx.2023-cü il tarixdə və ya xx.xx.2023-cü il tarixdə qəbul etməsi aşkar deyildir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Hesab edirəm ki, qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Quba rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X1 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Quba rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 03 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol və digər sənədlər Quba rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X1 qaytarılsın. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar