Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-204/2023 21.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokolu tərtib edən X7 və X2, Zərərçəkmiş şəxslər X17, X18, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Onun müdafiəçisi X4 iştirakı ilə xx.xx.1989-cu ildə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Quba şəhəri, Ə.Nərimanov küçəsində yerləşən “Damla” şirniyyat satışı mağazasında Zərərçəkmiş şəxs aldadaraq 80 manat pulunu ələ keçirmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:37-də instaqram sosial şəbəkəsində çox ucuz geyimlər səhifəsində geyim satacağı adı altında X12 məxsus 126 manat pulu kart hesabına köçürməsi yolu ilə dələduzluqla ələ keçirmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 09 fevral 2023-cü il tarixdə, saat 18:30 radələrində Quba şəhəri, Y.Qasımov küçəsində X1 evinin zirzəmisindən ümumi dəyəri 40-50 manat civarında olan elektrik naqilini oğurlayaraq ələ keçirmişdir xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 14 fevral 2023-cü il tarixdə, saat 17:00 radələrində Quba rayonu, Rustov kəndində pulu xırdalamaq bəhanəsilə həmin kənddə dükanda işləyən X8 aldadaraq 150 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs X7 və X5 izahatında bildirmişdir ki, Şəxs müxtəlif vaxtlarda, müxtəlif obyeklərdə müxtəlif şəxslərə qarşı oğurlama, mənimsəmə, dələduzluq yolu ilə özgə əmlaklarını talamaqla Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, həmin maddə ilə ona protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Quba şəhər ərazisində Zərərçəkmiş şəxs qaytarmaq adı ilə 80 manat pulu alıb ordan maşına minib uzaqlaşmışdır. xx.xx.2023-cü il tarixdə saat 08:37-də instaqram sosial şəbəkəsində çox ucuz geyimlər səhifəsində geyim satacağı adı altında X12 məxsus 126 manat pulu ələ keçirmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Quba şəhəri, V.Qasımov küçəsində yerləşən X3 məxsus evin zirzəmisindən 40-50 manat məbləğində naqil oğurlamışdır. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Quba rayonu, Rustov kəndi ərazisində bütöv pulu xırdalamaq bəhanəsilə, həmin kənddə dükan işlədən X13 aldadaraq 150 manat pulunu ələ keçirmişdir. Sonradan o X12 və Zərərçəkmiş şəxs vurduğu ziyanı ödəsə də, X3 və X14 dəyən ziyanı ödəməmişdir. Tutduğu əməllərdən, etdiyi hərəkətlərdən peşmandır və barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X18 izahatında bildirmişdir ki, 02 fevral 2023-cü il tarixdə İnstagram sosial şəbəkəsində cox.geyimlər.ucuz profilində bəyəndiyi müxtəlif növ paltarları almaq üçün həmin profildə tanımadığı şəxsin ona göndərdiyi “Kapital Bank”a məxsus **********460851 nömrəli kart hesabına 04 fevral 2023-cü il tarixdə saat 08:37-də Quba şəhəri H.Əliyev prospektində yerləşən “Şimal” marketdə 01694 nömrəli Milliön terminalı vasitəsilə 126 manat pul göndərmişdir. O, 07 fevral 2023-cü il tarixədək gözləmiş, lakin onun sifarişi göndərilməmişdir. Həmin profildə mesajlar yazsa da ona cavab verilməmişdir. O, bu barədə polisə məlumat vermək qərarına gəlmişdir. Hazırda Şəxs ondan aldığı pulu ona ödəyib. Şikayətçi deyil. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, təxminən 1 həftə əvvəl xalası oğlu X9 yanına istirahətə gəlib. 13 fevral 2023-cü il tarixdə, saat 13:00 radələrində Quba şəhəri, Ə.Nərimanov küçəsində yerləşən “Damla” şirniyyat satışı mağazasına gəlmiş, saat 13:50-də tanımadığı şəxs mağazaya gəlib paxlava almaq istədiyini, lakin yalnız 200 manat pul əskinazı olduğunu bildirmişdir. O, da həmin şəxsə onda 80 manat pul olduğunu demş və həmin şəxs ona 80 manatı ondan alaraq 200 manatı xırdalayıb qaytaracağını bildirmişdir. 80 manatı ondan alıb çıxaraq “Naz Lifan” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə oradan uzaqlaşmışdır. Hazırda Şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X17 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Quba rayonu, Rustov kəndi ərazisində bütöv pulu xırdalamaq bəhanəsilə, həmin kənddə işlətdiyi dükana gələrək onu aldadaraq ondan 150 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş və ona dəyən ziyanı ödəməmişdir. İş materialında olan 16 fevral 2023-cü il tarixli və 17 fevral 2023-cü il tarixli tarixli qərarların surətlərindən göründüyü kimi, qeyd edilən əməllərlə bağlı cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, xx.xx.2023-cü il tarixli, MN ******* saylı və xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokollara əsasən tərtib olunmuş inzibati xəta haqqında işlər üzrə isə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs oğurlama, mənimsəmə, dələduzluq yolu ilə özgə əmlaklarını talamaqla Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs barəsində inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol və xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokollar üzrə icraat, yəni X12 və Zərərçəkmiş şəxs aid hissədə icraat xitam olunmalıdır. Belə ki, İXM-nin 39.2-ci maddəsinə əsasən Məcəllənin 227, 232-1ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. AR İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. AR İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Belə ki, təqsirli bilindiyi hazırki əməllər məhkəmənin 16 fevral 2023-cü il tarixli qərarından əvvəl törədilmişdir. Məhkəmə inzibati xətanın hallarını, iki əməl üzrə dəymiş zərərin ödənilməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 180 (yüz səksən) saat ictimai işlər inzibati tənbehi tədbiq edilsin. Şəxs üzərinə ictimai işlər növündə işlərin yerinə yetirildiyi yerdə elektron nəzarət vasitisini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hazırki qərar üzrə inzibati tənbeh Quba Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarı ilə tətbiq edilmiş inzibati tənbeh icra edildikdən sonra icra edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış icraat Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən X12 və Zərərçəkmiş şəxs aid hissədə xitam olunsun. Quba rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən Şəxs oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 06 (altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-204/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-204/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver