Məhkəmə qərarları › İş №3(027)-2041/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2041/2023

14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2041/2023 14.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Quba rayonu, Əlibəyqışlaq kəndində anadan olmuş, Quba rayonu, Əlibəyqışlaq kəndində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Quba rayonu Bağbanlı kənd sakinləri, 1988-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə "sağ pəncənin küt travması” X3 "sifətin çoxsaylı sıyrılmış, çapılmış yaraları" diaqnozu ilə Quba RDM-nə müraciət etmişdir. Həmin şəxslərin demələrinə görə onlar həmin xəsarətləri baş vermiş YNH-si zamanı almışlar. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin polis kapitanı X4 tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə əmisinin oğlu Seymur Gülməmmədova məxsus ** OP *** nömrə nişanlı Opel Astca markalı avtomaşınla Quba şəhəri Vaqif küçəsi ilə hərəkətdə olmuş, həmin vaxt avtomaşını özü idarə etmiş, yanında isə sərnişin kimi Seymur əyləşmişdir. Saat təqribən 16 radələrində Quba şəhəri Vaqif küçəsi ilə hərəkətdə olarkən 4 yolayırıcında sol tərəfə yəni Həsən Əliyev küçəsinə doğru hərəkətini davam etdirmək istəmiş, buna görə əvvəlcə Vaqif küçəsi ilə quraşdırılmış olan işıqforda dayanıb yaşıl işığın yanmasını gözləmiş, yaşıl işıq yandıqda hərəkətə başlayaraq əks istiqamətdən gələn VAZ 21015 markalı ** FP *** nömrə nişanlı avtomaşının hərəkət zolağına daxil olmuş, nəticədə toqquşma qaçılmaz olmuşdur. Həmin an Həsən Əliyev küçəsinə doğru dönmə əməliyyatını həyata keçirmək istəmiş, lakin Vaqif küçəsi ilə əksistiqamətli zolaqla hərəkət edən nəqliyyat vasitəsinin yoluna çıxmışdır. Hadisə zamanı özü və əmisinin oğlu Seymur xəsarət almamış, sərxoş olmamış, spirtli içki qəbul etməmişdir. Toqquşma VAZ 21015 markalı avtomaşının sürücüsü Toğrul Əhmədovun hərəkətdə olduğu zolaqda baş vermişdir. Hadisə zamanı onun da yanında bir nəfər şəxs olmuşdur. Əmisi oğlu Seymur avtomaşını idarə etmək üçün ona etibarnamə verməmiş, lakin sərnişin kimi yanımnda əyləşmişdir. İşıqforda dayanıb artıq yaşıl işıq yandığı üçün hərəkətə başladığından hərəkət sürəti az olmuşdur. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsindən 04 aylıq müddət keçdiyi üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xx.xx.2022-ci il tarixdə törətmiş və xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2023-cü il tarixdə baxılması üçün aidiyyəti üzrə Quba rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsindən 04 aylıq müddət keçdiyi üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar